Yuxuyozma V-hərfi

Son güncelleme: 26.09.2012 07:04
  • Yuxuyozma - Yuxuyozma V-hərfi

    Vaqon Röyada kömür dolu vaqon görmək-zənginliyə işarədir.
    - Başqa şeylərlə dolu vaqon-bir-birini izləyən çətinliyə, sıxıntıya; içi boş vaqon -qazancı, muzdu az bir işə yozulur.
    Vağzal Yaxın zamanda çoxdan arzusunda olduğunuz bir səfərə çıxacaqsınız.
    Vadi Yuxuda yaşıl vadi-yaşayışınızın xoşbəxtlik içində davam edəcəyini göstərir.
    Vaiz Yuxuda vaiz görmək-ətrafınızın bəd niyyətli adamlar tərəfindən sarıldığına işarədir.
    Vaz keçmək Röyada qətiyyətsizlik üzündən bir şeydən vaz geçmək-üzüntüyə, əndişəyə yozulur.
    Vali Röyada vali görmək-üzüntü, sıxıntı, içki içmək, qumar oynamaq, oğurluq və s. bu kimi qeyri-əxlaqi işlərə işarə sayılır.
    - Başqa yozumlara görə röyada vali görmək-xalqa can başla xidmət etməyi göstərir.
    - Yoxsul bir adamın röyasında vali olduğunu görməsi-dərcəsinin yüksəlməsi anlamındadır.
    - Röyada vali olduğunu görən hakim rüşvət alıb həm verər.
    Valyuta alış verişi Röyada valyuta işləri ilə məşğul olmaq-böyük miqdarda pul və dəyərli mal-mülk itkisinə işarə olaaqqəbul edilir.
    Var-dövlət Röyada var-dövlət sahibi olduğunu görmək-xeyirli bir xəbər alacağına işarədir.
    Vahə Sıxıntılı günləri arxada qoyub rahat və sevinc dolu bir yaşayışa qovuşmağa işarədir.
    Vedrə Vedrəylə bağlı yuxular belə yozulur: Boş vedrə- pul itkisidir.
    - Dolu vedrə-qazancdır. Yarıyacan dolu vedrə-gözlənilməz bir xəbərdir.
    - Mis vedrə-pullu qazanclı işdir.
    Velosiped Yuxuda velosiped görən adam çox çətin bir işlə qarşılaşacaq və o iş bir sıra xatırladan, səhvlərdən sonra yoluna qoyulacaqdır.
    - Velosipedlə yoxuş yuxarı çıxmaq-röya sahibinin evindəki və iş həyatındakı bir sıra çətinlikləri, axır ki, yenəcəyinə işarədir.
    - Velosipedlə eniş enmək-xoşbəxtlik içində keçən həyat gözlənilməz bəd xəbərlərdən alt-üst olacaqdır.
    Vəba Vəba xəstəliyi ilə ilgili yuxular bu günlərdə böyük bir maddi sıxıntı içinə düşmənizin mümkünlüyünə işarədir.
    Vəd vermək Röyada yaxınlarınızdan birinə nəsə vəd etmək - borc istəmək anlamındadır.
    Vəzifədən çıxarılmaq Arvadını boşamaq kimi yozulur, ya da yeri dəyişdirmək anlamına gəlir.
    - Özünün işdə çıxarıldığını, yerinə daha yaşlı birinin gətirildiyini görmək-həmin vilayətin rəhbərinə düşmənləri tərəfindən ziyankarlıq yetirləcəkdir.
    Vərəm Vərəm ilə bağlı röyalar xeyrə yozulmur, mənəvi sıxıntı anlamındadır.
    Vəsiyyət Röyada vəsiyyət etdiyini görmək-kədərli olduğunuza;
    - Var-dövlətini başqasına vəsiyyət etmək- xeyirxahlığa, yardıma, birliyə, barışığa yozulur.
    Viza Yuxuda viza almaq-yaxın dostunuzun yardımı sayəsində düşmüş olduğunuz sıxıntıdan qurtaracaqsınız
    Vizit vərəqəsi Bir nəfərdən yardım təklifi alacaqsınız.
    Villa
    (imarət) Röyada özünü bir villanın içində görmək-düşmən üzərində qələbəni xəbər verir.
    - Villa-rahatlıq, zəiflik və xoşbəxtlikdir.
    Viranəlik
    (uçuq-sökük yerlər) Xeyrə əlamət edilir. Bu cür röya görən amma pul-maliyyə işlərində daha ehtiyatlı davranmalıdır.
    - Bəzi yozmalara görə, viranəlik-istəyə çatmaq kimi də açıqlanır.
    Viski içmək Zənginliyə, səhhətinizin düzələcəyinə yozulur.
    Vitamin Röyada vitaminli dərmanlar içmək-sağlamlığına diqqət yetirməyin gərəkliyinə işarədir.
    Vitrin Yuxuda vitrin görmək-veriləcək göstərişlərin röya sahibini gülünc vəziyyətə salacağına işarədir.
    Vulkan
    (yanardağ) Yuxuda vulkan püskürməsini gömək-cavan oğlan üçün-çox sayıb, hörmət etdiyi bir böyüyü ilə dalaşacağına və bu səbəbdən də işlərin pozulacağına;
    - orta yaşlılar üçün-heç də istəmədiyi bir dəyişikliyə; gənc qadın üçün-çox sevəcəyi xoş davranışlı, lakin əsəbi biriylə evlənəcəyinə;
    - evli qadın üçün-qonşu və qulluqçu ilə qovğa edəcəyinə yozulur.
    Vücud
    (bədən) Röyada vücudunu şişmiş görmək-qüvvətli düşmənlərə üstün gələcəyinizə yozulur.
#26.09.2012 07:04 0 0 0