Yumurtalı Gül Kələmi

Son güncelleme: 26.09.2012 07:15
  • Mətbəx - Evdarlıq - Yumurtalı Gül Kələmi

    6 nəfərlik Bişmə müddəti 15 dəqiqə
    İçindəkilər:
    bir top gül kələmi
    6 ədəd yumurta
    3 stəkan qatıq
    4 diş sarımsaq 200 qr kərə yağı
    Duz
    pul bibər
    qızartmaq üçün duru yağ
    Yumurtalı Gül Kələminin Hazırlanması:

    Gül kələmin yarpaqlarını təmizləyin. Kələm topunu bir-birindən ayırıb çox yumşalmayacaq şəkildə qaynadıb bişirin. Yumurtaları bir qaba qırıb çalxalayın. Kələmləri tək-tək yumurtaya batırıb duru yağda hərtərəfli qızardın.

    Qızarmış gül kələmləri servis tabağına alın. Bir az soyuyunca üzərinə sarımsaqlı və duzlu qatığı qarışdırıb gəzdirin. Kiçik bir tava alın. Kərə yağını əridin. Üzərinə pul bibəri atın. Bir az qovurun və yoğurdun üzərinə gəzdirin.

    ilıq halda servis edin.

    nuş olsun
#26.09.2012 07:15 0 0 0