Sürtkəcdən Keçirilmiş Yumurtalı Kartof qızartması

Son güncelleme: 26.09.2012 07:31
  • Metbex - Evdarlıq - Sürtkəcdən Keçirilmiş Yumurtalı Kartof qızartması

    4-6 nəfərlik Bişmə müddəti 15-20 dəqiqə
    İçindəkilər:
    5 iri ölçülü kartof
    3 ədəd yumurta
    3 xörək qaşığı un
    yarım çay qaşığı qabartma tozu
    duz
    qara bibər
    qırmızı bibər
    qızartmaq üçün yarım 1 stəkan qarğıdalı yağı
    Sürtkəcdən Keçirilmiş Yumurtalı Kartof qızartmasının Hazırlanması:

    Kartofları soyun, yuyun və sürtkəcin böyük gözündən keçirin. Suyunu sıxın. Başqa bir qaba yumurtaları qırın, unu əlavə edin və yaxşı çalxalayın. Üzərinə qabartma tozu, duz qarabibər və qırmızı bibəri əlavə edib təkrar qarışdırın. Bu qarışığı kartofların üzərinə əlavə edin. Qaşıq vasitəsilə qarışdırın. Tava içərisinə yağı alaraq yaxşıca qızdırın.

    Qarışıqdan bir xörək qaşığı alaraq tavaya atın. Tavaya atdığınız qarışığın üzərindən yavaşca basın ki, bir az yayılsın. Bu halda içi çiy qalmaz, daha rahat bişər. Hər iki tərəfini qızardın. Qızaranları əvvəlcə kağız salfetin üzərinə qoyun ki, yağmı çəksin. Ondan sonra servis tabağına alın. İstəsəniz bunun yanında sarımsaqlı qatıq da servis edə bilərsiniz.

    nuş olsun
#26.09.2012 07:31 0 0 0