Miokard infarktı keçirmiş insanlar bu hadisədən dərhal sonra qeyri-steroid, anti-iltihab preparatları qəbul etməməlidirlər, çünki belə dərmanlar ağırlaşma və hətta ölüm riskini artırır. "Scientist"ə istinadən bildirir ki, Kopenhagen Universiteti nəzdindəki Gentoft hospitalının alimləri belə deyirlər.
Doktor Enn-Mari Olsen deyir: Ürək-damar xəstəlikləri olan insanların qeyri-steroid, anti-iltihab dərmanları içmələrinin təhlükəli olduğunu kardioloqlar indiyədək dəfələrlə vurğulayıblar. Lakin həkimlərin əksəriyyəti hələ də bu dərmanları reseptlərdə yazır, pasientlər isə qəbul edirlər.
Halbuki "Rofekoksib", "Selekoksib", "Naproksen", "İbuprofen" kimi dərmanlar ürək xəstələri üçün böyük risk mənbəyidir.
Ürək-damar xəstələri arasında belə dərmanları içənlərdə təkrar infarkt riski 41 faiz, koronar ölüm riski isə 30 faiz artır