Xestelikler - Xəstəliklərdən qorunmaq üçün tövsiyyələr
Türkiyənin Memorial xəstəxanasının diet və qidalanma şöbəsinin rəhbəri Merve Yüksekin xəstəliklərdən qorunmaq üçün tövsiyyələrini təqdim edir.
Güclü müdafiə mexanizmi dedikdə, yetərli, nizamlı qidalanma ilə birlikdə, antioksidantlarla zəngin qidalardan istifadə də nəzərədə tutulur.
Önəmli antioksidanlardan biri olan C vitamini bədəndən zərərli maddələrin atılmasında mühümdür və immunitetin güclənməsində əhəmiyyətli rola sahibdir. Bu vitamin yaşıl bibər, ispanaq, limon, narıngi, itburnu və sairə qidalarda boldur. C vitamini itkisinin qarşısını almaq üçün isə salat və meyvə sularını istifadədən bir neçə dəqiqə öncə hazırlayın.
Digər önəmli antioksidan isə E vitaminidir. Bu vitaminlərin ən zəngin qaynaqları isə fındıq, qoz, badam, duru yağ, yaşıl tərəvəzlər, paxlalılardır.
A vitamini isə infeksiya əleyhinə olan xüsusiyyəti ilə fərqlənir. Yumurta, süd, balıq, ıspanaq, portağal, yerkökü, ərik, narıncı meyvə tərəvəzlərdədir.
Balıq, zeytun yağı və qoz immuniteti gücləndirir. Belə ki, balıq, fındıq, qozda olan "Omega 3", "Omega 9" olan zeytun yağı, fındıq yağı immuniteti gücləndirir. Bu aralar xüsusilə soyuqdəymələrdən qorunmaq üçün həftədə 2-3 dəfə balıq,6-7 fındıq, 2-3 qoz, zeytunyağlı salat, tərəvəzlə qidalanmaq lazımdır.
Sink çaiışmazlığı infeksiyalara qarşı mübarizəni zəiflədir. Sink qaynağı kimi balqabaq tumu, qırmızı ət, dəniz məhsulları, qaraciyər, fıstıq, süd, pendir, noxud, mərcimək göstərmək olar.
Yoğurt, qatıq, ayran da xəstəliklərə qarşı qoruyucu qalxan effekti yaradır.
Payızda ortaya çıxa biləcək daha bir problem qəbizliklə bağlıdır. Buna səbə isə fiziki aktivliyin azalmasıdır. Bunun qarşısını almaq üçün vitaminlərlə bol meyvə tərəvəz qəbul edilməlidir.
Bədəndə suyun azalması da bir sıra xəstəliklərə səbəb ola bilər. Su çatışmazlığı xəstəlikdən sonra sağalma müddətinidə uzadır. Bunun qarşısını almağın ən yaxşı yolu gündə 10-12 stəkan su içməkdir.
Çay və qəhvə yerinə isə itburnu, çökə, adaçayı kimi bitki çaylarından istifadə edin.