Nə etdiniz ki, sizdən qaçdı. Səbəbini bilmək istəyirsinizsə, o zaman aşağıdakıları diqqətlə oxuyun.
Münasibətdə qəflətən ayrılıb gedən kişilərinfərqli və özəl səbəbləri olur. Bununla yanaşı, onların qadına bağlanma qorxuları olur ki, bu da ayrılığa səbəb olur.
Təbiətin verdiyi xüsisiyyətlərə görə, möhkəm bağlanıb, özünü ancaq bir insana həsr etmək onlar üçün çox çətin olur. Belə kişilər bəzən çox sevdikləri qadını da bağlanma qorxusundan tərk edir. Elə fikirləşirlər ki, onsuz da nə vaxtsa ayrılacaqlar. Evlənsələr belə onu xoşbəxt edə bilməyəcəklərini düşünürlər.
Münasibətlərin ciddi tərəfə getdiyini görən, ya da qadının gələcəklə bağlı tələbləri ilə qarşılaşan zaman ayrılmağı seçir. Çünki kişilərin azadlıqları heç nə ilə müqayisə olunmur.
Bir qadın daim əvvəlki sevgilisindən danışırsa, bu, onun ən böyük ayrılma səbəbi ola bilər. Bu kişilərə edilən ən böyük təhqirdir. Odur ki, ehtiyatlı olun.
Hər şeydən şikayətçi olan və bəxtindən narazı olan qadınlara kişiləri özündən qaçırmaq mövzusundan çatan olmaz.
Hər bir kişi şöhrət və var-dövlət düşkünü olan qadından qaçır. Çünki bu onu deyil, ancaq onun pulunu sevdiyiniz anlamına gəlir.
Qısqanclıq qadını bitirən, yəni sevdiyini əlindən alan bir xüsusiyyətdir. Ona daha yaxın olmaq istəyirsinizsə, azad və sərbəst buraxın.
Axmaq-axmaq danışan qadınlar da kişiləri özündən soyudur. Nə qədər gözəl olsanız da, bilin ki, kişilər boş və mənasız hadislərdən(saç ustam, yeni mövsümün dəbi və.s) danışan qadınlardan mümükün qədər uzaq gəzir.