Mənim gözəl qayğıkeş atam,
Sənsiz mən nə varam nədə yoxam
Bu həsrətinlə mən necə yaşaram
yoxluğun soyuq bir qış
Gəl ört üstümü
Qədrini bilmədiyim üçün
Məndən inciyib küsdünmü
Tükəndi tükəndi taqətim
Bu dərdə necə dözsün ürəyim
Yox bu məzar sənin ola bilməz
Torpaq altında cismin çürüyə bilməz
Razı deyiləm bu hökmə bu qədərə
Qınayın məni lakin qoymayın atamı qəbrə
Oxumayın fatihəni tökməyin üstünə
Gəlməyin təsəlli sözlərlə üstümə
Mən barışa bilmirəm bu ölümlə
Yuxu girməz gecələr gözümə
Gələ bilmərəm mən özümə
Gəl qaytar məni ata körpəliyimə
Gəl qaytar məni gəncliyimə
Sığal çək Əəvvəlki tək saçlarımın tellərinə
GƏl su tök ayrılığından
Alovlanan küllənən ömrümə
Gəl ayağım büdrəmədən tut əllərimdən
GƏl ata gəl apar məni özünlə