Rəqqasə Oksana Rəsulova reper Elşad Xosedən boşanacaqları barədə xəbərlərin mətbuatda müzakirə olunmasının əleyhinədir. Oksana Rəsulova Lent.az-a açıqlamasında belə deyib: "Bu mənim şəxsi işimdir, istəyərəm boşanaram, istəyərəm barışaram. Mənim ailə münasibətlərimin mediada müzakirə olunmasını istəmirəm. Elşad yəqin bu açıqlamalarla özünü təmizə çıxarır".
Qeyd edək ki, Elşad Xose qafqazinfo.az-a bildirib ki, Oksana ilə barışmağa cəhd edib, amma onu yola gətirə bilməyib: "Əgər barışmaq istəmirsə, boşanacağıq".