İnsanların ən çətinlik çəkdikləri mövzulardan biri də "bir-birlərinə etibar etməkdir"dir. İnsanlar fikirlərinə, dünyagörüşlərinə, xarakterlərinə uyğun olan insanlarla dostluq qura bilər, müəyyən şərtlər daxilində bu şəxslərə sevgi, hörmət bəsləyə bilərlər. Amma həqiqətən etibar etdiklərini nümayiş etdirəcəkləri vəziyyət olduğu zaman dərhal geri çəkilirlər.
Özlərindən başqa həqiqi mənada heç kimə etibar etmirlər. Nə yoldaşlarına, nə ana-atalarına, nə uşaqlarına, nə dostlarına, nə də qohumlarına... İllərlə evli qalan insanların hələ də öz yoldaşlarına etibar etmədiklərinə dair söhbətlərinə hər yerdə rast gəlirik.
İnsanların bir-birlərinə olan bu etibarsızlıqlarını görərək yaşayan insanlar da eyni münasibəti ətraflarındakı insanlara qarşı göstərirlər.
Əslində insanlar bu narahatçılıqlarında çox haqlıdırlar. Çünki həqiqətən bir-birlərinə ən yaxın olduqlarını söyləyən bəzi dostlar, söz verib evlənən insanlar və ya müəyyən bir ailənin fərdləri də çox rahatlıqla bir-birlərinin arxasınca danışır, bir-birlərininə gizli şəkildə nəzarət edir, bir-birlərindən şübhələnirlər. Ən sadə mövzulardan ən əhəmiyyətli mövzulara qədər bir-birlərinə yalan danışırlar
Bir-birlərinə heç zaman qiymətli bir əşya, mal-dövlət və ya pul əmanət etmirlər. Bir-birlərinin adına mal-mülk keçirmirlər. Zəruri vəziyyətlərdə belə pulqabılarını, çantalarını, evlərinin açarlarını bir-birlərinə vermirlər. Hətta ən yaxın bildikləri insanların hər an onları aldadıb arxadan vuracağı təhlükəsiylə yaşayırlar.
Ardı İnşa Allah Olacaq.