Banan Maskası - Qarışıq Dərilər Üçün Banan Maskası
Tərkibi:
Bir bananın yarısı
Yarım çay qaşığı qaymaq
Heç bir kimyəvi qatqısı və rəngi olmayan yoqurt və smetan
3-4 damcı limon suyu
Yarım çay qaşığı zeytun yağı
Hazırlanma qaydası:
Bananı yaxşıca əzib kaşa halına salandan sonra üzərinə maskanın digər tərkib hissələrini əlavə edirsiniz, krem halında kütlə əmələ gələnə qədər qarışdırırsınız. Alınmış qarışığı bir az nəmli üz, boyun, dekolte hissənizə çəkib 15-20 dəqiqə saxlayın. Sonra isə adi quru salfetlə silin. Ehtiyac olarsa sabun istifadə etmədən yuyun və yuduqdan sonra qidalandırıcı krem çəkin. Amma ümumilikdə götürdükdə yumaq məsləhət görülmür.