Salam Keçmiş Dostum

Son güncelleme: 12.10.2012 08:56
  • Salam keçmiş dostum hekayesi - hekayeler

    Heç bilmirəm durduğum yerdə niyə sənə yazmaq istədim. Artıq sənə necə xitab edəcəyimi belə bilmirəm. Həytımda heç bir izin, heç bir yerin qalmayıb deyə düşünürdüm. Xeyli vaxtdi ki, xatırlamıram səni əslində. Amma birdən-birə yadıma düşmüsənsə, deməli nəsə bir şey qalıb. Bəlkə də o mahnıdı günahkar. "acıdan keçməyən şarkılar bir az əksikdir"....

    Uzun illərdi əslində bu fikrə inanıram. Bəlkə də elə səni tanıyandan sonra anlamışam. Sənlə fərqimizin nə qədər böyük olduğu
    elə açıq-aydın idi ki! Və məndə olub səndə olmayan tək şey idi. Qalanlardan səndə bol-bol idi.

    Gözəl idin, maraqlı idin, sivri dilin, iti zəkan, mənalı atmacaların vardı. Heç kimi umursamayan tövrlərin sonsuz daxili azadlığını göstərirdi. Bir sözlə, olduğun hər yerdə diqqəti özünə çəkmən təbii bir şey idi. Mən özüm də illər uzunu sənin bu sonsuz cazibənin əsiri olmadımmı?

    İllər sonra səni yenidən gördüyümdə bu illər ərzində həyatında olan problemlərdən danışdıqca gözlərində acının izlərini axtardım. Bəlkə də qisas hissi idi məni idarə eləyən. Bilmirəm. Amma o olsa belə, təkcə o deyildi. Üzünə, nə vaxtsa həyatımın mərkəzi olan gözlərinə baxdiqca sənə olan sevgimdən təmamən qurulmuş olmanın, artıq sənə qarşı heç bir şey hiss etməmənin qürunu, vurduğun xəyanət yarasının sağalmasınin verdiyi rahatlığı yaşadıqca, o haqqında danışdığın təcrübədə acı çəkmiş olmanı istəməmin başqa səbəbi də vardı. Sənin nəhayət ki, insan olmanı istəyirdim.

    Bilirsən, acı yaşamamış biri insan ola bilməz. İddia eləmirəm ki, yaxşı insan olacaq. Amma ən azından yaşadığı təcrübə əsasında yolunu, dəyərini bəlləyəcək. Ya Hitler olacaq, ya Tereza ana. Robot olmayacaq, qoyun olmayacaq, müqəvva olmayacaq.

    Sənin həyatın həmişə səliqəli bir çərçivənin içində keçmişdi; hər şey valideynlərin tərəfindən hazırlanmışdı, sən sadəcə hazırından dəyərlənmişdin. Sənin o heyranlıq duyduğum rahatlığınin, laqeydliliyinin, azadlığınin səbəb buydu. Əslində özünün qazandığın, sənin öz dəyərin deyildi. Əslində heyranlığa filan layiq deyildin.

    Bir acını yaşayarkən qazanacağını ümid etdiyim dəyəri bu dəfə də gözlərində görmədim. Özün dəyişdiyini, böyüdüyünü, bəzi şeyləri indi daha yaxşı anladığını deyirdin. Məncə hələ tam yetişməmisən, keçmiş dostum!

    Ürəyimin bir tərəfi sənə qıymasa da, o biri tərəfi bu həyatı anlaman və əslində yaşaman üçün bəzi acıları yaşamanı istəyir.

    Bilmirəm. İndi artıq heç nədən əmin deyiləm. J Bu məktubu niyə yazdığımı da bilmirəm. Ədəbiyyat müəliməmin dediyi kimi bir vedrə lazımsız söz .

    alıntı
#12.10.2012 08:56 0 0 0