Ölümsüzlüyün sirri açıldı

Son güncelleme: 15.10.2012 23:55
  • Ölümsüzlüyün sirri açıldı

    Ölümün yaxınlaşmasına cavabdeh olan hormon tapılıb. Ola bilər ki, əsas öldürücü xəstəliklərdən olan - şəkərli diabet, infarkt, insult, süd vəzi xərçəngi müəyyən hormonun təsiri altında inkişaf edir. Bunu İsveçin Lunda Universitetinin həkimi Olle Melander və onun həmkarları deyir.

    Onlar 15 ildən artıq bir müddətdə araşdırmalar aparıblar. Bu çərçivədə onlar 5 minə yaxın insanın müxtəlif xəstəliklərin yaranması sistemini öyrəniblər.

    Nəticədə onlar belə qənaətə gəliblər ki, yuxarıda adı qeyd edilən xəstəliklər qan plazmasında proneyrotenzin hormonunun səviyyəsinin qalxması ilə bağlıdır.

    Bu hormon mərkəzi sinir sistemi və bağırsaqda olur və amin turşusu peptididir. Normada olan da o doyumluluq hissini tənzimləyicisi rolunda çıxış edir. Yəni ki, onun sayəsində biz doyduğumuzu hiss edirik. Amma görünür ki, onun artmasının çoxluğu bütün orqanizm üçün həyəcan siqnalı deməkdir.

    Proneyrotenzinin orta hesabla 20-30 faiz artması ürək damar xəstəlikləri,xərçəng, şəkərli diabet xəstəlikləri riskini 0,5 dəfə artırır.

    Daha bir maraqlı nəticə üzə çıxıb - onun səviyyəsi adıçəkilən xəstəliklərin hər hansı birinin inkişafından iki il öncə onun səviyyəsində artım başlayır. Yəni ki, onun bu hormonun artımı ölümün yaxınlaşmasının xəbərçisidir.

    Melanderin sözlərinə görə, bu hormonun səviyyəsini bilməklə ömrü uzatmaq olar.

    alıntı
#15.10.2012 06:54 0 0 0
  • Yazıdan bir şey anladıysam arap olayım...
#15.10.2012 15:02 0 0 0
  • Burası Türkiye kardeşim.Yazacaksanız Türkçe yazın lütfen.
#15.10.2012 15:03 0 0 0
  • M.Kutsi Çil;

    Burası Azerice Bölüm. Önce başlığa ve bölüm ismine baksaydınız anlardınız nerde bulunduğunuzu.
    Ne demek burası Türkiye? Böyle yazmaya hakkınız yok.

#15.10.2012 15:15 0 0 0
  • M.Kutsi Cil: Hangi bölümde oldugunuzun farkinda degilsiniz..!!!
    Burasi AZERBAYCAN bölümü ve acilan konular azeri dilinde...
    Azeri vatandaslarimiza hitap eden bir kategori kendinize gelin.
    Azerbaycanlilar ayni milletten degil mi nasil bir zihniyetle yazilmis bir yorum bu kiniyorum sizi..
#15.10.2012 15:21 0 0 0
  • Haklısınız özür diliyorum.Hakikaten farkedemedim Azeri bölümü olduğunu,tekrar tekrar özür diliyorum.
#15.10.2012 23:55 0 0 0