Tarixde Bugün - 18 oktyabr 2012

Son güncelleme: 18.10.2012 09:45
  • Tarixde Bugün - 18 oktyabr

    18 oktyabr. İlin sonuna 75 gün qalır.

    1867. ABŞ Rusiyadan 7,2 milyon dollara aldığı Alyaskada hakimiyyətini bərqərar edib

    1907. Haaqa sülh konfransı başa çatıb

    1908. Belçika Konqonu işğal edib

    1912. Birinci Balkan müharibəsi başlayıb

    1914. Hərb tarixində ilk dəfə sualtı qayıq vurulub

    1918. Bakıda "Türk ocağı" cəmiyyəti təsis edilib

    1931. Tomas Edison vəfat edib

    1941. Bakılı kəşfiyyatçı Rixard Zorge Tokioda həbs edilib

    1967. Sovet orbital stansiyası Veneraya enib

    1974. Misir və SSRİ Fələstin dövlətinin yaranmasını dəstəkləyib

    1989. Bakı-Bolqrad (Ukrayna, Odessa vilayəti) reysi ilə uçan hərbi "İL-76" təyyarəsi Nasosnı aerodromundan qalxdıqdan sonra dənizə düşüb. Qəzada 48 hərbçi və 9 ekipaj üzvü həlak olub

    1991. Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktını qəbul edib

    1991. SSRİ Ali Sovetinin son iclası keçirilib

    2000. Bəstəkar Emin Sabitoğlu vəfat edib

    2007. Mühacirətdən qayıdan Pakistanın keçmiş baş naziri Benazir Bhuttoya sui-qəsd nəticəsində 140 adam həlak olub, 400 nəfər yaralanıb, Bhutto özü isə hadisədən salamat qurtarıb

    2011. Azərbaycanla Ukrayna arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq memorandumu imzalanıb.
#18.10.2012 09:45 0 0 0