Tarixde Bugün - 20 oktyabr 2012

Son güncelleme: 20.10.2012 22:46
  • Tarixde Bugün - 20 oktyabr

    20 oktyabr. ilin sonuna 73 gün qalır.

    1905. "Galatasaray" futbol klubu təsis edilib

    1911. Amundsenin ekspedisiyası Şimal Qütbünə yola düşüb

    1913. Şair Əhməd Cəmil anadan olub

    1921. Fransız qoşunu Anadoludan çəkilib. Fransa və Türkiyə arasında Ankara sazişi imzalanıb

    1922. Görkəmli müğənni Şövkət Ələkbərova anadan olub

    1922. Azərbaycan SSR Mərkəzi İcraiyyə komitəsi latın əlifbasının əski əlifba ilə eyni hüquqa malik olması barədə dekret verib

    1923. Azərbaycan SSR Mərkəzi İcraiyyə komitəsi latın əlifbasının dövlət əlifbası kimi tanımaq barədə dekret verib

    1940. Keçmiş baş nazir, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov anadan olub

    1945. Fransada qadınlar seçki hüququ əldə edib

    1960. Aktyor Əzizağa Əzizov anadan olub

    1980. Yunanıstan yenidən NATO-ya daxil olub

    1982. Türkiyədə prezident Kənan Evrenin konstitusiya ilə bağlı çıxışlarını tənqid etmək qadağan edilib

    1997. "Microsoft" şirkəti anti-inhisar qanununu pozduğu üçün cərimələnib

    2005. Əli İnsanov səhiyyə naziri vəzifəsindən azad edilib, Oqtay Şirəliyev onu əvəz edib

    2008. Ergenekon məsələsi çərçivəsində ilk məhkəmə prosesi Silivridə keçirilib

    2009. FİFA Türkiyə-Ermənistan matçına Azərbaycan bayrağı gətirilməsini Türkiyə hökumətinin tövsiyəsi əsasında qadağan etdiyini açıqlayıb

    2009. Xaçmazda Azərbaycan və Rusiya daxili işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb

    2011. Liviya lideri Müəmmər Qəddafi Sirt şəhərində qətlə yetirilib

    2011. Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib.
#20.10.2012 22:46 0 0 0