Tarixde Bugün - 25 oktyabr 2012

Son güncelleme: 25.10.2012 17:38
  • Tarixde Bugün - 25 oktyabr

    25 oktyabr. İlin sonuna 68 gün qalır.

    1647. İtalyan fizik Toriçelli vəfat edib

    1833. Azərbaycan dövlət xadimi Abbas Mirzə Qacar vəfat edib

    1881. İspan rəssamı Pablo Pikasso anadan olub

    1882. Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbovun təsis etdiyi "Rus-tatar" məktəbi fəaliyyətə başlayıb

    1912. Kino rəssamı Bədurə Əfqanlı anadan olub

    1913. "Arşın mal alan" operettasının ilk tamaşası "Tağıyev teatrı"nda keçirilib

    1921. Aktrisa Nəcibə Məlikova anadan olub

    1930. Rəssam Elmira Şahtaxtinskaya anadan olub

    1954. Aktyor Mirzəağa Əliyev vəfat edib

    1962. Karib böhranı: BMT-nin sessiyası zamanı Kubadakı sovet raketlərinin fotosessiyası təşkil edilib

    1971. Çin BMT-yə qəbul edilib

    1981. ASALA Türkiyənin Romadakı səfirliyinin attaşesi Kökberk Ergenekona hücum təşkil edib, diplomat ağır yaralanıb

    1984. Hepatit virusu kəşf edilib

    1990 Qazaxıstan müstəqillik elan edib

    1997. Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə ixracı başlanıb

    2001. "Microsoft Windows XP" satışa çıxarılıb

    2003. Rus maqnatı Xodorkovski maliyyə fırıldağında ittiham olunaraq həbs edilib

    2006. ABŞ-da ilk Azərbaycan məktəbi açılıb

    2007. "Airbus A380" ilk kommersiya uçuşu keçirib

    2008. Görkəmli musiqiçi Müslüm Maqomayev Moskvada vəfat edib

    2011. İzmir şəhərində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı baş tutub. Toplantıdan sonra Azərbaycanla Türkiyə arasında qaz tranziti, qaz təchizatı və qaz alğı-satqısına dair sazişlər imzalanıb.
#25.10.2012 17:38 0 0 0