Öskürəyə qarşı müalicələr

Son güncelleme: 30.10.2012 01:07
  • Öskürək haqqda

    Öskürək müxtəlif olduğu kimi onun səbəbləri də də müxtəlif olur. Quru, boğazdan gələn öskürək, bəzən yarımçıq halda olur.

    Bronxitdən olan öskürək əvvəlcə quru və qısa, sonra ağrılı və bəlğəmli olur. Uzun müddətli olan qara öskürək adətən uşaqlarda daha çox baş verir.

    Bu zaman 20 qr reyhan yarpağı və çiçəyini 20 qr kəklikotu ilə qatışdırır, üzərinə 1 l qaynar su tökür,

    10-15 dəq dəm aldıqdan sonra 2 qaşıq bal qatıb, hər yarım saatdan xəstəyə 1 qaşıq verirlər.

    Yaxud bir ovuc kəklikotunu 1 l suda qaynadıb süzür, sonra 250 q balı 1 l suda qaynadıb onu da süzgəcdən keçirirlər.

    Daha sonra bu iki məhlulu qatışdırıb, hər gün 4-6 qaşıq xəstəyə verirlər.

    Başqa bir vasitə kimi qara turpun içini oyub oraya döyülmüş nabat tökür.

    1 gündən artıq saxlayır və əmələ gələn qatı şirədən hər dəfə 1 qaşıq içirlər.


    Öskürəyə qarşı 30 q təzə və ya quru heyva çiçəyini 1 l suda dəmləyərək öskürəyə qarşı işlədirlər. Heyva mürəbbəsi sinəni yumşaldır, öskürəyi sakitləşdirir, təngənəfəslik hallarına qarşı münasib hesab edilir. Heyva toxumunun selikli mayesi və toxumun özü də sinə üçün ən faydalı dərmanlardan sayılır. O sinəni yumşaldır, öskürəyi müalicə edir, boğazı yumşaltmaqla quru öskürəyə qarşı çox yaxşı vasitədir.


    Fındıqdan alınan yağ da sinə və öskürək üçün təsirli vasitələrdən sayılır.

    Öskürək zamanı püstə və banan da xeyirlidir. Bal boğazı təmizləməklə öskürəyin qarşısını alır, onu isti süd ilə içmək faydalıdır.

    Gülxətmini qaynadıb təpitmə düzəldir və öskürəkdən olan sinə ağrısı üçün istifadə edirlər.



    Hər birinizə sağlam həyat və can sağlığı arzulayıram.
#30.10.2012 01:07 0 0 0