Tarixde Bugün - 01 Noyabr 2012

Son güncelleme: 01.11.2012 18:39
  • Tarixde Bugün - 01 Noyabr

    01 noyabr. İlin sonuna 61 gün qalır

    1604. Şekspirin "Otello"su ilk dəfə Londonda səhnələşdirilib

    1897. İtalyan futbol klubu "Juventus" qurulub

    1906. "Füyuzat" jurnalının ilk sayı çapdan çıxıb. H.Z.Tağıyevin sponsorluq etdiyi jurnalın baş redaktoru Əli bəy Hüseynzadə olub

    1907. III Dövlət Duması fəaliyyətə başlayıb

    1920. İosif Stalin Bakıya gəlib

    1922. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının varlığına son qoyulub. Sonuncu Osmanlı hökmdarı VI Mehmet taxtdan endirilib

    1922. Azərbaycan Kommunist Partiyasının (AKP) 2-ci konfransı başlayıb

    1924. Türk siyasətçi Süleyman Dəmirəl anadan olub

    1925. İranda Rza xan Pəhləvi hakimiyyətə gəlib və Qacar xanədanının hakimiyyətinə son qoyulub

    1927. Mustafa Kamal Paşa (Atatürk) ikinci dəfə Türkiyə Respublikası prezidenti seçilib

    1935. Neft sənayesi qabaqcıllarının I Bakı toplantısı keçirilib

    1939. Qərbi Ukrayna Ukrayna SSR-yə birləşdirilib

    1939. Qərbi Belorusiya Belorusiya SSR-yə birləşdirilib

    1939. Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlib

    1950 Azərbaycan Texniki Universiteti açılıb

    1993. Maastrix sazişi qüvvəyə minib. Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılıb

    1994. Azərbaycan Respublikası Qvatemala ilə diplomatik əlaqələr qurub

    2006. Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələri xarici işlər nazirlərinin 15-ci iclası keçirilib

    2008. Azərbaycan, Ermənistan və Rusiya prezidentləri "Moskva Bəyannamə"sini imzalayıblar

    2008. Avropa Konvensiyasının 11 saylı Protokolu qüvvəyə minib. Bununla da Avropa İnsan haqları Məhkəməsində hazırda qüvvədə olan sistemin (yeni məhkəmə) tətbiqinə başlanıb

    2011. Azərbaycan prezidenti Ağdaş, Ucar və Ağsu rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb.
#01.11.2012 18:39 0 0 0