Qadın Cəsarəti-kişi Qorxaqlığı

Son güncelleme: 01.11.2012 19:53
  • Qadın cəsarəti-kişi qorxaqlığı haqqında

    Qadın qadından qorxmaz... Heç bir vəziyyətdə qorxmaz...Çirkin olsa da qorxmaz.Daha gözəl olsa da qorxmaz.Daha ağılsız olsa da qorxmaz.Daha çəlimsiz olsa da.Daha kasıb olsa da qorxmaz.Qadın qadınla ya rəfiqə olar ya da gizli-açıq döyüşlə alovlanar.Əslində rəfiqələr arasında da döyüş vardır, amma mövzumuz bu deyil.Gerçək olan bir qadın bir başqa qadından heç bir vəziyyətdə çəkinməz..
    Qadınlar arası döyüşlər buna görə sərhədsizdir.Dayanmaq bilməzlər.Sərhədsiz bir sona doğru dayanacaq görmədən gedər...
    Sezar ölə bilər...Amma Kleopatra Sezarin arvadının qarşısında məğlub olmamalıdır...
    Kişi lazım olduğunda nə qədər qorxaqsa, qadın lazım olduğunda və lazım olmadığında o qədər cəsurdur
    Kişinin cəsur, qadının isə ürkək olduğu dünyanın ən qorxunc yalanıdır
    Qadın yalnız fiziki gücü əskik olduğundan bir hücum qarşısında bir az ürkək dayanar
    Bu kişi qarşısındadır
    Qadın döyüşləri qorxuncdur.
    Fəlakətlərə hamilədir
    Sərhədsizdir
    Bütün silahları istifadə edər...
    Bir işyerində ya da bir eşq yerində iki qadının olduğu hər mühit qadın döyüşü üçün uyğundur
    Kömək lazım deyil.
    Havadakı elektrik ilk dəqiqədə müəyyən edilir
    Artaraq sürətlənir
    İki qadından biri əsla "bəsdir" deməyəcək
    Sonsuza qədər, döyüşü davam etdirəcək

    Belə vəziyyətlər kişilər üçün fəlakətdir...Bu döyüşün qurbanı da kişilərdir
    Sonunda onlar yorulub orta yerdə qalacaq, o zaman döyüşə fasilə veriləcək
    İnsan əlaqələrində fəlakət, cəsarətin çoxluğuyla meydana gəlir
    Fəlakət və cəsarət
    Heç bir qadın bir başqa qadın qarşısında cəsarətindən güzəşt verməz
    Kişi cəsarəti vəziyyətə və zəminə uyğundur
    Kişi kişilə döyüşə girmədən iki dəfə düşünər
    Çox vaxt palçıq atmaqla kifayətlənər...
    Futbol oyunlarının fanatik tərəfdarlarının çoxunun kişidən olması mənalıdır
    Kişi kişiliyini göstərəcək sahələrə möhtacdır...
    Çünki qarşısındakına hər daim göstərə bilməməkdən döyüşəndir
    Qadının elə bir dərdi yoxdur
    O, hər qadın gördüyündə söz deyəcək
    Kişinin komanda ehtiyacı vardır,
    Qadın itirmə nədir bilməz
    İtirsə də itirdiyinin şüuruna çatmaz
    İtirməsi mümkün deyil
    Mütləq bir azdan qazanacaq
    Qadın itirsə, itirdiyini unuda bilməz
    Unuda bilməyəcəyi üçün, itirdiyini qəbul etməz
    İtirdiyini qəbul etmədiyi üçün döyüşü bitirməz
    Döyüşü bitirməyəcəyi üçün, qıraraq, yıxaraq, ehtirasını almağa davam edər
    Aldığı hər ehtiras, qarşısındakı qadında yeni intiqamlar yığar
    Döyüş sərtləşər
    Qadının,qadınla qarşılaşdığı yerlər təhlükəlidir
    İstər iş yerində, istər eşq yerində elektrik ilk anda hiss edilər
    Müsbət elektrik mümkün deyil
    Mənfinin mümkün olduğunca az olması yaxşıdır
    Qadın qadını gördüyündə döyüşəcək
    Kişi hər kişi gördüyündə döyüşməz
    Çox vaxt qorxar, dalaşmaz
    Elə vəziyyətlərdə aidiyyətləri vardır onu qurtaracaq
    Həmişə bir ağızdan qışqıracağı şüarlar vardır kişiliyini sübut edəcək.

    alıntı
#01.11.2012 19:53 0 0 0