Hər gün qulağımızda, ancaq bu qədər zərərini bilmirik
Hər yaşdan olan insanların, xüsusən gənclərin ən yaxşı dostu, eləcə də düşməni qulaqcıqlardır. Xeyrindən çox ziyanı olan qulaqcıqlar yolda, metroda, avtobusda, həmçinin evdə belə musiqi dinləmək üçün istifadə olunur. İlk baxışdan ziyansız görünən qulaqcıqlar əslində qulaq zədələnməsindən tutmuş baş ağrılarına qədər müxtəlif xəstəliklərə səbəb olur.
Alimlər xəbərdarlıq edirlər ki, müntəzəm qulaqcıqdan istifadə edən musiqisevərlərin sağlamlığı risk altındadır. Daimi qulaqcıqlardan istifadə etmək gələcək nəslin kütləvi karlıqdan əziyyət çəkməsinə səbəb ola bilər., qulaqcıqlar qulağa uyğun seçilməlidir ki, sonradan problem yaşanmasın:
"Hər qulağın ölçüsünə uyğun qulaqcıq olmalıdır. Əgər qulaqcıq qulağa uyğun deyilsə, kiçik və ya böyükdürsə, qulağı mexaniki olaraq incidir. Ayaq ölçüsünə uyğun olmayan ayaqqabılar narahatçılıq yaratdığı kimi, qulaqcıqlarda da belə narahatlıqlar yaranır. Bundan əlavə, elə qulaqcıqlar var ki, onlar qulaqdan düşməsin deyə, qulaqcıqların baş hissəsinə başlıq keçirilir ki, bu da qulaqda narahatçılığa gətirib çıxarır".
Gənclərin müntəzəm istifadə etdiyi qulaqcıqlar zamanla alışqanlıq halına gəlir və insanlar vacib əşyaymış kimi qulaqcıqsız evdən kənara belə çıxmırlar. Bu da zamanla qulaqda zəif eşitməyə, karlaşmaya gətirib çıxarır.yüksəs səslə nəyisə dinləmək qulaqlari hədsiz zədələyir:
"Necə ki, keyfiyyətsiz eynək istifadə etmək gözün görmə tonusunu aşağı salır, keyfiyyətsiz qulaqcıqdan da uzun müddət istifadə etmək eşitmə zəifliyinə gətirib çıxarır. Bu cür qulaqlıqlarda mövcud olan səs zamanla daha da pisləşir. Dükanlarda heç bir firmaya aid olmayan qulaqcıqlar satılır ki, bu qulaqcıqlardan da istifadə qulaqlara mənfi təsir edir. Buna görə insanlara tövsiyə edirik ki, markası bəlli olan qulaqcıqlardan istifadə etsinlər. Elə qulaqcıqlar var ki, qulaq kanalının içinə salınır. Belə qulaqcıqlara insanlar daha çox üstünlük verir.
Qulaq pərdəsinə nə qədər yaxından səs verilərsə, qulaqların zədə alması ehtimalı daha çoxdur. 1 metrdəki partlayışın səsi ilə 10 metrdəki partlayışın səsi qulağa necə təsir göstərirsə, qulağın içinə verilən səs də eyni təsiri göstərir".qulaqcıqlar zamanla vərdiş halını alır və dinlənilən səs kifayət etmir: "Musiqi hansı yüksəklikdə dinlənilirsə - dinlənilsin, bir müddət sonra səs qulağa kifayət etmir və yavaş-yavaş yüksəldilir. Təbii ki, bu da qulağa hədsiz ziyan verir. Bəzən xəstə müraciət edir, lakin sonradan aydınlaşır ki, bu, tamamilə qulaqcığın yaratdığı fəsaddır. Qulaqcıqlar həm mexaniki narahatçılıq, həm də sağlamlıq baxımından ziyanlıdır, odur ki, istifadə olunmasa yaxşıdır".