Ey Rəbbim!İnsan ürəyini təchiz etdiyin gözəlliklər arasında bir gözəllik daha var.O da sevgi adını qoyduğun yumşaq,romantik,ürəyə xitab edən,güldürən,ağladan,bəzən yumşaq bir külək kimi əsən,bəzən də qasırğa kimi coşduran,ay kimi doğan,günəş kimi yağan,coşğu və hüznü bir yerdə daşıyan sevgi.Ananın övladı,övladın anasını,ailənin bir-birini bir-birinə bağladığı,yoldaşları bir-birinə yaxınlaşdıran,dostluqları bir-birinə gücləndirən,Leyla ilə Məcnunu,Fərhad ilə Şirini,Əsli ilə Kərəmi xatırladan sevgi
SEVGİ - nə qədər gözəl bir duygudur....
İnsanın həyatına məna qatan bir məna
Ey Rəbbim! Sevgini yaratmasa idin insanlar sevməyi bilməz və bu təxribatçı dünyada həyatın mənası bir yerdə mənasız qalar və insanlar bir-birinə qarşı daimi pislik içərisində olardı. Əvvəla sən yaratdığın üçün yaratdığını sevmək çox əhəmiyyətlidi. Nə xoşbəxt ki biz qullarına sevməyi, sevgini vermiş və dünya nemətlərindən faydalanmamızı təmin etmisən. İnsan ailə sevgisindən çox yaratdığın yemə, içmə, geymə, təbiət kimi gözəlliklərini də beləcə sevmiş oluruq.Dünya nemətlərini bir tərəfə buraxaq ya Axirət, cənnət sevgisi?
Xüsusilə də, sənin sevgin. Yəni ALLAH sevgisi nə böyük bir nemət. İnsan ürəyinə verdiyin sevgi duyğuları bunu da göstərir ki; sevgi ruhdandır. Yəni ruhun yaşadığı duyğulardır. Ruh da sən böyük yaradıcı olan Rəbbimi istədiyinə görə, sən sevgi dolu bir yaradıcısan. Yaratdığın can, mal, maddə, məna hər şeyi sevgi dolu yaratmısan.
Lakin sevgini də məhdud buraxdın, çünki görürük ki sevginin həddindən artığı insanı dəlalətə sürüyür. Bilirəm ki; sevginin ən böyüyü sənə qarşı hiss edilən sevgidir.
Səndən başqasını səndən daha çox sevmək axmaqlıqdır. Mənə cümlə neməti, ruhu, bədəni verən sənsən. Səndən çox nə sevilə bilər ki?Bu sevgi deyilən duyğu yelkəni, insanı həm fəraha çatdırıb həm də hüsrana uğradar. İnsanı fəraha aparan sevgi düşmənliyi azaldar, səbri artırar, pisliyi əzər, ailə arasında sevgini gücləndirər, bağlılığı artırar, dünyada da Axirət də gözəlliyə və dincliyə aparar.
Sevginin gözəlliyi içində bir hiss daha vardır, o da qısqanmaq buna da pisliklərdən qısqanmaq deyilir. Doğru zamanda doğru şeylərdən paronayaklaşmadan qısqanmaq, həm sevdiyin şeyləri qorumağı təmin edər həm də sevgini gücləndirər.Əslində kainatda hər varlığa qarşı hiss edilən sevgi sənə qarşı hiss edilən sevgidir.
Yaradanın yaratdığını yaradandan ötəri sevildiyini beləcə anlamış oluruq, lakin bir çox insan bunun şüurunda deyil. Sevmək elə bir fitrətdir ki yalnız sevirəm deməklə sevilməz, sevmək doğru yerdə, doğru fədakarlıqlar istər, məşəqqət istər, əmək istər.
Buna belə bir nümunə verək. Hansı Müsəlmana sual versəkdə, ALLAHI sevirəm deyər. Ancaq gerçək sevgi bu deyil. Çünki sevən sevdiyinin dediyini edər. Ya da etməyə çalışar. ALLAHI seviriksə bunu isbat etməli və şübhəsiz, sorğusuz, sualsız Rəsuluna və kitabına iman etməliyik,Əhlibeytini sevməliyik,əmr və istəklərini yerinə yetirməliyik ki; bu, sevgini isbat etmiş olarlq. Həqiqətən sevdiyimizi özümüz də bilməliyik.Özümüzədə sübut etməliyik.
Buna belə nümunə verə bilərik. Ana sevgisi. Hər kəs anasını sevər. Amma anasına qarşı üsyankar çıxmaqdan vəz keçməz. İndi düşünürəm, sevgi anlayışı bu isə, bu dünya və aləmdə gerçək sevgi sahibi neçədənə insanda var. Sevgi ürək ilə deyilib sevdiyinin istəyini yerinə yetirmək və sözünü dinləmək ona uyğun gəlməklə mənasını qazanar işdə o zaman onun adı sevgi olar.
İnsanı hüsrana aparan sevgi isə bunlardır ki təhlükəsinin böyüklüyü insanları bir çoxunu şeytanın əsiri etmişdir.
Bunlar səni unutmuş və sevgini başqa şeylərdə axtarmışdır. Sevgiləri isə məhdud deyil. Ya mənfi duyğuları ehtiva edər, ya da həddindən artıq sevgi zənn etdiyi ehtiras və ehtirasını tündxasiyyətliyə çevirər.Sevdiyini sandığı şeylərə zərər və ziyan verərlər. Oğurluq,qatillik kimi böyük günaha yönələrlər.Allahı, yəni Rəbbim səni unudan səni sevməyən ya da sevdiyini zənn edənlər başqa heç bir şeyi sevə bilməz onlar məlumatsız axmaqlardır. Düşünürəm də sevgini yaradanı sevməyən, sevgini yaradanın yaratdıqlarını necə sevər? Halbuki sevgini yaradanı sevən insanlar, əvvəla sevgini yaradanı sevər, sonra sevgini yaradanın yaratdıqlarını sevər, çünki yaradanın təcəllisi yaratdıqlarındadır...