Xərçəngin çarəsi köhnə dərmanlarda imiş

Son güncelleme: 16.11.2012 20:14
  • Xərçəngin çarəsi

    ABŞ-ın Merilend ştatındakı Rokuell şəhərindəki Milli Xərçəng İnstitutunun (National Cancer Institute) professoru Syuzan Holbekin həmkarları ilə birlikdə apardığı araşdırma uğurla başa çatıb.
    Alimlər xərçəng xəstəliyi əleyhinə olan 100 müxtəlif dərman preparatını xərçəngin 60 fərqli növləri üzərində 4950 mümkün cütlüklü kombinasiyalarla sınayıblar.

    Hər variasiyada dərmanların miqdarı fərqli olub.

    Amerikalı alimlər 1,5 milyon müstəqil test keçiriblər. Testlərin 0,1 faizi müsbət nəticə verib və bu, çox gözlənilməz olub.

    Preparatlar siçanlara köçürülmüş insan hüceyrələrində yoxlanıb.
    Sən demə, mümkün qədər aktiv dozalarda olsalar belə, xərçəngə qarşı ayrı-ayrı preparatlarla müqayisədə kombinasiyalar daha effektivdir.

    Alimlər indi həmin kombinasiyaların molekulyar səviyyədə təsilərini araşdırırlar.

    İşi asanlaşdıran məqam sınanan preparatların hamısının lisenziyalı, satışdakı dərmanlar olmasıdır.

    Belədə klinik sınaqlar mərhələsinə keçid zərrəcə problem yaratmayacaq.


    alıntı
#16.11.2012 20:14 0 0 0