Mandarinli Manna Halvası

Son güncelleme: 16.11.2012 20:49
  • Mandarinli manna halvası terifi - Mandarinli manna halvasının hazırlanma qaydası

    noimage


    Tərkibi:

    jele:
    0,5 st. + 5 x.q. mandarin şirəsi
    1,5 x.q. şəkər tozu
    2 yarpaq jelatin
    kifayət edəcək qədər buzlu su

    halva:
    2 st. mandarin şirəsi
    2 x.q. şəkər tozu
    1 st. manna
    1 x.q. kərə yağı
    2 mandarin

    Jele üçün: mandarin şirəsi və şəkəri qaynadın. Jelatin yarpaqlarını yumşalması üçün buzlu suda isladın. Sudan çıxarın, qarışdıra-qarışdıra mandarin şirəsinə əlavə edib ocaqdan götürün (qaynatmaq olmaz). Bu qarışığı bir qabın içinə 2 sm qalınlıqda tökün. Soyuq yerdə saxlayın.

    Halva üçün: mandarin şirəsilə şəkər tozunu qazana tökün, ocağın üstünə qoyun, qaynadın. Başqa qazanda kərə yağını əridin, mannanı əlavə edin, rəngi dəyişənədək qovurun. Qaynayan mandarin şirəsini əlavə edib 30 saniyə qarışdıraraq bişirin. Dilimlənmiş mandarinləri də əlavə edin, ehtiyatla qarışdırın, ocaqdan götürün. Tavanın qapağını örtün, 10 dəqiqə dəmlənsin. Sonra halvanı buluda 2 sm qalınlıqda yayın. 1 saat buz dolabında saxlayın.

    Süfrəyə verərkən stəkanın köməyilə halva və jeledən dairələr kəsin, üst-üstə 4 qat düzün, zövqünüzə görə bəzəyin.

    nuş olsun!
#16.11.2012 20:49 0 0 0