600 q təmizlənmiş boranı
1 armud (çərdəyi çıxarılmış)
zeytun yağı
1 orta boy soğan
1 razyana kökü
1 kərəviz budağı
2 diş sarımsaq
1,5 ç.q. çin qarışığı (şüyüd, cirə, mixək, darçın, biyan)
2 fincan toyuq bulyonu
1 portağalın şirəsi
xama
boranı tumu (üstünə)
sürtgəcdən keçirilmiş pendir
Boranı və armudu kubik doğrayıb zeytun yağında 10 dəqiqə, boranı yumşalanacan qovurun. Azca su əlavə edə bilərsiniz.
Dərin, dibi qalın tavada 1 x.q. zeytun yağını qızdırıb soğanı 5 dəqiqə qovurun, doğranmış razyana kökü, kərəviz kökü, əzilmiş sarımsaq və duz əlavə edin.
Qarışdıraraq 5-8 dəqiqə, yumşalanadək qovurun (qızartmayın). Çin qarışığını, duz, istiot və boranı ilə armudu əlavə edin. Bulyon və portağal şirəsi tökün, vam odda 15 dəqiqə bişirin.
Şorbanı blenderdə xırdalayın. Duz-istiotunu yoxlayın. Boşqablara çəkin. 1 x.q. xama qoyun, sürtgəcdən keçirilmiş pendir və boranı tumları səpin. (Boranı tumlarını sobada quruda, yaxud tavada qovura bilərsiniz).
Ağgul Laçınlı sen ne güzel bir arkadaşsın öyle biliyonmu ilk gödügüm günden bri sana knım kaynamıştı
ama bunu yemekle bir alakası yok arkadaşım
şaka bir yana teşekkür ederim.Çok güzel görünüyorlar