Badamlı balıq kababı terifi - Badamlı balıq kababının hazırlanması
Badamlı balıq kababını istifadə etdiyiniz balığın növündən asılı olaraq, 10-15 dəqiqə, yəni balıq bişənə qədər odda saxlayın. Lazım gəlsə, bişirmə müddətini artıra da bilərsiniz.
Əvvəlcə, balığı təmizləyin. Böyükdürsə, təmizlədikdən sonra quşbaşı böyüklüyündə parça-parça doğrayın. Kiçik balıqları isə doğramayın. Soğanı xırdaca doğrayın, pomidorların qabığını soyub, çəyirdəklərini təmizləyin, iri, lakin nazik halqa şəklində doğrayın. Badamı qaba töküb üzərini örtəcək qədər su əlavə edin və orta odda bir neçə dəqiqə qaynadıb, suyunu süzün. Badamların üzərinə soyuq su töküb, qabıqlarını soyub atın. Çəyirdəyini isə saxlayın.
Kartofu soyun, nazik şəkildə doğrayın. Cəfərini yuyub, suyunu yaxşıca süzün və xırda-xırda doğrayın. Unla duzu qarışdırıb, balıqları bu qarışığa batırın. Yağın yarısını ortaölçülü tavada əridin. Yağ qızmağa başladıqda unladığınız balıqları tavaya düzün və 5-6 dəqiqə bir neçə dəfə alt-üst çevirərək qızardın. Qızarmış balıqları qaba yığıb tavadakı yağı boşaldın.
Eyni tavaya qalan yağı da atıb əridin. Yağ qızana qədər soğan və badam içlərini əlavə edin. Tez-tez qarışdıraraq badamlar saralıb, soğanlar çəhrayı rəng alana qədər bir neçə dəqiqə bişirin və pomidorları əlavə edin. Yenə tez-tez qarışdırıb bir neçə dəqiqə bişirin.
Balığı və kartofu tavaya tökün, istiotu, cəfərini səpin. Balıqların üzərinə üstünü örtəcək qədər su əlavə edin, dəfnə yarpağını qoyun və vam odda saxlayın. Tavanın qapağını möhkəm örtün.
Badamlı balıq kababını istifadə etdiyiniz balığın növündən asılı olaraq, 10-15 dəqiqə, yəni balıq bişənə qədər odda saxlayın. Lazım gəlsə, bişirmə müddətini artıra da bilərsiniz.