Şiirler sözler mesajlar

Son güncelleme: 01.03.2013 08:21
  • Eşq şeirleri - Eşqe dair sözler - Sevgi şeirleri - Sevgiye dair mesajlar - Resimli şeirler - Resimli sözler



    noimage



    ağlaya da bilmirəm daha.
    gözlərim buz bağlayıb.
    bədənimin buzlaşma dövrü başlayıb.
    mən indi, sadəcə, bütün unudulmuş insanların dostuyam.
    o insanların ki
    hətta indi özüm də onları xatırlamıram.

#23.11.2012 09:17 0 0 0
  • Seni gorduyumu unutdum bu gun,
    bu gun ichimdeki cennet dagildi...
    Qovuldu Ademim, qovuldu Hevvam-
    bu gun ichimdeki meyve yox oldu...

    Gozume gorundu xaraba gunbez,
    ichinde ne melek, ne de ki sheytan...
    ne duaya chatmaz, ne soze deymez...
    Ellerim duada, sesim boguldu...

    Butun gunahlarim oda qalandi,
    butun savablarim itdi ufuqde...
    Neche cahanlari gezdi, dolandi-
    Ruhum bu balaca cisme yigildi...

    Zərdüşt Şəfi
#23.11.2012 09:18 0 0 0
  • Ömrüm sənə uzanan yol...
    noimage



    Özümdən çıxmışam,

    mən yoxam daha,

    ruhumun həmdəmi,

    üfüq xəttimsən-

    mən sənə gəlirəm, özümdən keçib!



    Sənə çatmaq çətin

    ələkeçməzsən,

    neyləsəm-

    əlimdə bir boşluq qalar!



    Uzanar, qıvrılar, yollar dolanar,

    zaman susar qumda ayaq səsindən,

    ancaq bu bədəni tanıyan bilər-

    neyləsəm, qan iyi gələr nəfsimdən,

    ağlayar içimdə əlacsız ruhum-

    neyləsə, üzümdə bir şeytan gülər…



    Yalnzliq olarsa əzab çəkdiyim

    oxuyar dodaqlar səssiz duasın-

    la ilahə illəllah- deyə bitər təkliyim…

    Z.Şəfi
#23.11.2012 09:23 0 0 0
  • Səni düşünməyin bir adı varmı

    Evdə deyirlər ki, xəyala dalıb,

    Evdə deyrlər ki, xəyalpərəstdi…



    Deyirlər- qaranlıq yerdə oturma,

    Deyirlər- divsənmi, yandır işığı…



    - Söndür işıqları, belə də bəsdi…



    Səni hiss etməyin bir yolu varmı?

    Mütləqmi gərəkdi, toxunam sənə?

    Mütləqmi Kərəm tək orda alışam?



    Bu sevdam başıma bəla olubdu,

    Yerdə tanıyırlar;

    göydəsə adım- Cəhənnəm sakini;

    sənə… tanışam.



    Bütün sevdaların cəzasısanmı-

    bircə sən gələndə susur dil, dodaq…

    bircə sən gələndə gözlərim kordu…



    bütün həsrətələrin anasısanmı-

    bircə sənin səsin gələydi barı,

    bir dəfə deyəydim-

    o məni yordu…
    Z.Şəfi
#23.11.2012 09:26 0 0 0
  • GECƏ…. SÜKUT… ALLAH

    [HR][/HR]

    Axşam düşür-
    üzə çıxır şəhərin qırmızısı…
    İşıq ölür-
    və bu dərdin tam yarısı…

    Evə gəldinmi
    çıxart ayağından küçələri,
    çıxart gözdən olanları, keçənləri…

    Sonra başlar
    şəhərin gecə-yası:
    - Kim ağlayır,ölən kimdi?
    - Bir başqası…

    Bir başqası susar
    sükutunda ulduzların,
    axı gecələr
    ad günüdü qızların…

    Sənin adın hər kim olsan
    yarımçıqdı,
    yarımçıqdı və bu yalan
    appaçıqdı…

    Yuxu kiçik ölüm deyil-
    yuxu sənsən,
    bir gün orda
    ölümünü görəcəksən…

    Hələki sus
    işıqların səsi gəlsin,
    hələki sus,
    sükut gülsün…

    Burax əlini sevdiyin qadının,
    gözünü burax…
    Bax,
    ALLAH var,
    ALLAH…

    Z.Şəfi
#23.11.2012 09:28 0 0 0
  • Canım , konuyu buraya aldım .
    Kendi şiirlerini de BURADA paylaşabilirsin
#23.11.2012 11:13 0 0 0
#23.11.2012 11:24 0 0 0
  • @BiR-DOST adlı üyeden alıntı:
    Canım , konuyu buraya aldım .
    Kendi şiirlerini de BURADA paylaşabilirsin
    Orijinali Göster...
    Canım , konuyu buraya aldım .
    Kendi şiirlerini de BURADA paylaşabilirsin

    çok teşekkür ederim canım. zahmet oldu
    ama ben burada yalnz azerbaycanca deyil hemde türkce şeirleri yazacakdm.
    bu bölümün kurallarında sadece azerbaycanca yazılmalı diye yazlmşdı.
    o yüzden orada açmşdm konuyu.
#23.11.2012 11:25 0 0 0
  • Türkçe şiirleri günde 2 konu Derin Duygularda paylaşabilirsin can ,
    Kendi şiirlerini de Sadece kendi duygularınız da baylaşabilirsin
#23.11.2012 11:29 0 0 0
  • :)
    onları biliyorum canm
    tamam
#23.11.2012 11:30 0 0 0
  • Susub,
    içimdəki Günəş də susub,
    susur gözümdəki ümidin səsi..

    Bir günəş axşamı,
    günəş sabahı
    tutub silkələsəm bu məmləkəti-
    qar yağar səmadan,
    qar çıxar yerdən,
    hər tərəf qar kimi ağın yurdudu…

    Mənə qara lazım,
    Ağı sevmirəm.
    Mənə qaranlıq bir guşə gərəkdi…

    Mən qara torpaqlar,
    qara mayelər,
    qara sevdaların yurdundan gəldim,
    Mən qara-adamam,
    Mən qara adam.

    Bir uzaq meşədə unudun məni,
    şaxtadan ağarsın-əlim,
    ayağım,
    Bir az da qar sürtüm dodaqlarıma-
    Olum qar-adam…

    Z.Şəfi
#23.11.2012 12:26 0 0 0
  • ümidin pаyızı

    noimage

    pаyızın sоnundа qırılır ümidlər
    sаrаlır ümid bаğlаnаn il
    yоl çəkən gözlərin kökü kimi
    dаrаlаn üzülən səki kimi
    əsrin sоn rəqəmlərini dəyişə-dəyişə
    bu ili də vurduq bаşа
    bаş-bаşа
    yаrımçıq qаldı hər şеy
    pаyızım bаr vеrmədi
    bir vərəq də dərmədim
    bu ilin pаyızındаn
    bükülən qurumuş təmbəki yаrpаğı tək
    sаrаlаn ümidləri
    оdlаyıb sinəmə çəkirəm-аğrıyır ürək
    sоyuyur təqvimdə günlər sоyuyur
    dоnur yаrımçıq ümidlər dоnur
    аğаclаrın budаğınа
    bəyаz хəyаllаr qоnur…
#26.11.2012 12:46 0 0 0
#26.11.2012 13:09 0 0 0
#26.11.2012 13:10 0 0 0
  • supersen canm
#06.12.2012 17:17 0 0 0
  • saol gulum
#07.12.2012 06:27 0 0 0
  • Mənə həmdəmdi qaranliqda çixan ay gecələr,
    Yoxsa, olmaz mənə səhradə bir həm tay gecələr.

    Bilmək istərsən əgər, sevgimin ey yar sayini?
    Elədirsə, göyün ulduzlarini say gecələr.

    Məni bu sevgi məhəbbət elə bir haalə salib,
    Düşmüşəm çöllərə Məcnun kimi rüsvay gecələr.

    Elə fəryad qoparib, mən ele ah eyləyirəm,
    Göyə qalxan səsimə yoxdu verən hay gecələr.

    Zərrə də çərxi fələk Tərlana rəhm eyləmədi,
    Bəxtinə qüssə kədərdən verilib pay gecələr

    TƏRLAN DAĞLI
#25.12.2012 09:40 0 0 0
  • Yağış yağır

    Yagış yağır kücələrə,
    hər damcısı
    bir pıcıltı,
    hər damcısı
    bir istək.
    Yagış yağır kücələrə,
    kiminə romantiklik,
    kiminə dərd gətirir.
    İsladır skamya üstə
    yuxu tutanları.

    İsladır kücələrdə
    ona, buna əl açan,
    vicdansıza möhtac olan
    o dilənci uşaqları.
    Yagış yağır
    sanki yuyur kücələrin
    gunahını.
    Bir səs eşidirəm
    bu an, mənə
    "dayan" -deyir,
    "dinlə"- deyir
    damcıların nəğməsini.
    Üşüyürəm
    duyduqca mən
    damcıların o buz tutan
    nəfəsini.
    Yavaş-yavaş kəsir yagış,
    elə bil ki, küsür yagış
    insanların gileyindən
    və mən onunla da vidalaşıram


    AYSEL ASLANLI
#25.12.2012 09:41 0 0 0

  • Nə yamnmış ayrılığın əzabı.

    Dizlərimdə taqətim yox, sürünəm,
    Yaman sındım, utanıram görünəm.
    Don atıram, sən yoxsanki, bürünəm,
    Nə yamnmış ayrılığın əzabı.

    Ürəyimdə sevinc əkib, qəm biçdim.
    Eşqin badəsində irin, qan içdim.
    Hər addım başında bir sınaq keçdim,
    Nə yamnmış ayrılığın əzabı.

    Qabil, tab etməyib bitmək üzrəyəm,
    Ruhum ayrlıbdır, itmək üzrəyəm.
    Cənazəm hazırdır, getmək üzrəyəm,
    Nə yamnmış ayrılığın əzabı.


    Qabil Ədalət
#25.12.2012 09:42 0 0 0