Tarixdə bu gün - 25 noyabr

Son güncelleme:
  • Tarixdə bu gün - 25 noyabr



    25 noyabr. İlin sonuna 37 gün qalır.

    1844. Alman avtomobil konstruktoru Karl Benz anadan olub

    1867. Alfred Nobel dinamiti kəşf edib

    1889. Türk yazıçısı Rəşad Nuri Güntəkin anadan olub

    1901. Aktrisa Mərziyyə Davudova anadan olub

    1918. Azərbaycan Milli Şurası erməni və rus şuralarına müraciət edərək, öz nümayəndələrini ADR parlamentinə göndərməyi təklif edib. Hər 2 icma təklifə rədd cavabı verib

    1918. Yazıçı, ssenari müəllifi İmran Qasımov anadan olub

    1915. Çili diktatoru Avqusto Pinoçet anadan olub

    1932. SSRİ EA Qafqazşünaslıq Elmi Tədqiqat İnstitutunun bazasında Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialı təsis edilib. Bir müddət sonra isə, Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsi açılıb

    1936. Almaniya və Yaponiya “Antikomintern paktı”nı imzalayıb

    1967. Bakı metropoliteninin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlayıb

    1972. Bakıda Şıx çimərliyi yanında “Xalqlar dostluğu” parkı salınıb

    1973. Dövlət çevrilişi nəticəsində Yunanıstan prezidenti Andres Papandreu hakimiyyətdən uzaqlaşdırılıb

    1977. BMT İsrailin ərəb torpaqlarını işğal etməsini pisləyən qətnamə qəbul edib

    1991. Moskvada Nizami Gəncəvinin abidəsi açılıb

    1991. İlk dəfə Azərbaycanda İranın sənaye malları sərgisi keçirilib, sərgi 5 dekabrda başa çatıb

    1992. Çexoslovakiya iki müstəqil dövlətə – Çex Respublikası və Slovakiyaya parçalanıb

    1997. Bakıda GÜAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanıb

    2000. Abşeron yarımadasında güclü zəlzələ baş verib, köhnə tikililər ciddi xəsarət alıb

    2008. Azərbaycanda dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılıb

    2011. Brüsseldə Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 12-ci iclası keçirilib.
0 0 0