Tarixdə bu gün - 26 noyabr

Son güncelleme:
  • Tarixdə bu gün - 26 noyabr


    noimage

    26 noyabr. İlin sonuna 36 gün qalır.

    1607. Harvard Universitetinin banisi Con Harvard anadan olub

    1812. Napoleon qoşunu məğlub olaraq Rusiyadan geri çəkilməyə başlayıb

    1857. İsveçrəli dilçi Ferdinand de Sossür anadan olub

    1917. Azərbaycanda Müəssislər Məclisinə seçkilər keçirilib

    1922. Arxeoloq Hovart Karter Misir fironu Tutanxamonun sarkofaqını açıb

    1924. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsasnaməsi dərc edilib. Əsasnamədə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu qeyd olunub

    1942. Sovet ordusu Stalinqradda əks həmləyə başlayıb

    1950. Türkiyə Koreyada müharibəyə qoşulub

    1969. Səudiyyə və Yəmən arasında silahlı münaqişə başlayıb

    1978. İranda mollalar əhalini Pəhləvi rejiminə qarşı kütləvi tətilə çağırıb və ölkə iflic vəziyyətinə düşüb

    1991. Azərbaycan Respublikası Ali Soveti Dağlıq Qarabağın Muxtar Vilayət statusunu ləğv edib

    1991. Paritet əsasında Azərbaycan Ali Sovetində 25 nəfər “demblok”, 25 nəfər “komblok” deputatlarından ibarət Milli Şura yaradılıb

    1991. ANS telekanalı təsis edilib

    1993. Almaniya PKK-nı terror təşkilatı kimi tanıyıb

    2002. İşgəncələrin qarşının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana ilk dövri səfərinə başlayıb

    2003. Səsdənsürətli “Concorde” təyyarəsi son dəfə Bristoldan Vaşinqtona uçub

    2005. Hind milyoneri Vijaypat Singhania 21 291 metr yüksəyə qalxaraq aerostatla dünya rekordunu təzələyib

    2006. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim edib (Mehriban xanım bu ada 24 noyabrda layiq görülüb)

    2008. Bombeydə terror hücumlar nəticəsində 173 nəfər həlak olub, 300-dən çox insan yaralanıb

    2010. Azərbaycan və Monteneqro arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında saziş imzalanıb.
0 0 0