Mirzə Ələkbər Sabi - Viranə Şəmaxidə mənə gənc tapılmaz

Son güncelleme: 30.11.2012 08:48
  • Qezeller - Mirzə Ələkbər Sabir -Viranə Şəmaxidə mənə gənc tapılmaz dinle

    Viranə Şəmaxidə mənə gənc tapılmaz,
    Bir gənc bu viranədə birənc tapılmaz.

    Pistani-sənəmtək iki limu ələ keçməz,
    Bir ğəbğəbi-dilbər kimi parinc tapılmaz.

    Rux tutmağa dərgahına bir şah bulunmaz,
    Fərzini-xirəd seyrine şətrənc tapılmaz.

    Bu bağdə bir növgüli-bixar görünməz,
    Bu bəzmdə bir dilbəri-biğünc tapılmaz.

    Bu xaneyi-şəşdərdə iki kəb atılmaz,
    Bu təxteyi-heyrətdə şeşü pənc tapılmaz.

    Tərsadə pəriruy gözəl çoxdu və lakın
    Səntək gözəl, ey dilbəri-Gürgənc, tapılmaz.

    Şirin söz ilə saldı o ahuni kəməndə,
    Sabir kimi bir rindi-süxənsənc tapılmaz.

    Mirzə Ələkbər Sabi
#30.11.2012 08:48 0 0 0