1 — Müsəlman qardaş-bacınla qarşılaşarkən ona salam vermək.
2 — Səni dəvət edincə dəvətini qəbul etmək.
3 — Asqırıb «əlhamdülillâh» deyincə onu «yerhamukəllah» deyə cavablandırmaq.
4 — Xəstələnəndə ziyarət etmək.
5 — Ölüncə, cənazəsində iştirak etmək.
6 — Sənə güvəndiyi zaman ona layiq olmaq.
7 — Səndən nəsihət istəyəndə ona nəsihət vermək.
8 — Yoxsulluğunda ona arxa olmaq.
9 — Özün üçün nə istərsən onun üçün də eyni şeyi istəmək.
10 — Özün üçün nədən xoşun gəlmirsə onun üçün də istəməmək.
Peyğəmbərimiz (s.a.v.s.) buyurur ki:
"Bu dörd şey müsəlmanların sənin üzərindəki haqqlarındandır:
1 — Doğru yolda olanlarını dəstəkləməyin.
2 — Günahkârlar üçün əfv diləməyin.
3 — Doğru yola arxa çevirənləri Haqqa çağırmağın.
4 — Tövbə edənləri sevməyin."