1 kq yağlı qiymə
4 ədəd soğan
1 ədəd bolqar bibəri
4 ədəd yumurta(3 ədədi qaynadılmış)
göyərti
duz+istiot
Hazırlanma qaydası
Əti çəkirik. Soğanla bibəri xırda-xırda doğrayıb çəkilmiş ətə qatırıq. Az yağda bu qarışığı 5dəq qovururq. Yaxşıca qarışdırırıq. Doğranmış göyərtini,duz+istiotu ətə əlavə edirik və üzərinə bir yumurta qırırıq. Yenidən yaxşıca qarışdırırıq. Qabı yaxşıca yağlayırıq. Əti 2 yerə bölürük. Bir hissəsini qaba qoyuruq. Ortasına 3 ədəd qaynadılmış yumurtaları qoyuruq.
Qalan əti də üzərinə qoyub,yayaraq yaxşıca basdırırıq.
Öncədən isidilmiş sobada 35-45 dəqiqə bişiririk.
Qeyd: Ətin üstü yanmasın deyə falqa kağizla(alminum kağızla) örtürük. Bişməsinə 15 dəq qalmış falqanı götürürük.