36 xeyirli vərdiş

Son güncelleme: 04.12.2012 00:48
  • 36 xeyirli vərdiş

    1. Hər gün yatmaq və eyni zamanda oyanmaq.

    2. Səhər yeməyi, naharı və həmçinin şam yeməyini hər gün eyni vaxtda yeyin— əmin ola bilərsiniz ki orqanizm sizə buna görə təşəkkür edəcək

    3. Ən azı 8 saat yatın.

    4. Yuxudan əvvəl gəzintiyə çıxın və təmiz havayla nəfəs alın.

    5. Ən azı gündə 1500 ml və ya 1.5 litr su için

    6. Hər gün meyvə, tərəvəz və giləmevələr yeyin

    7. Gecə 1 stəkan qatıq için.

    8. Ayaqları soyuq suyla yuyun — bu həmçinin bir növ bədəni bərkitməkdir.

    9. İnternetdə gündə 1 saatdan çox oturmayın.

    10. Təbii inqrediyentlərdən üz üçün maskalar edin.

    11. Hər yay gününün şəklini çəkin.

    12. Səhərlər qaçın.

    13. Halqa alın və heç olmasa gündə 15 dəqiqə beldə fırladın

    14. Gülümsəyin.

    15. Gündə 5 yeni xarici söz öyrənin

    16. Hər gün öz otağınızı yığşırın, lazımsız cır-cındırı atın və sevimli dibçəklərinizi sulayın.

    17. Üzünüzü dondurulmuş çobanyastığı həlimləri ilə silin

    18. Fəst-fudadan tamamilə imtina edin.

    19. Səhər idmanı edin.

    20. Fikrinizi toplayın — sadəcə rahat olun, xoş musiqi dinləyin və pis heç nə haqqında düşünməyin

    21. Hər gün nəyisə yeni örgənməyə çalışın.

    22. Oxuyun. Gündə heç olmasa 10-15 səhifə kitab oxuyun

    23. Heç olmasa gündə bir saat öz valideyinlərinizə ayırın. Ev işlərində onlara kömək edin, danışın, onların problemləri və həyacanlarına şərik çıxın, onlara kömək edin, hər hansı məsəhətlər verin

    24. İnsanlara xoş sözlər və komplimentlər deyin

    25. Ədəbsiz ifadələrdən və parazit sölərdən imtina edin. Ümumiyyətlə, öz danışıqlarınıza diqqət yetirin

    26. Hər gün bir kiçik yaxşılıq edin.

    27. Özünüzə qulluq edin — üz üçün buxar vannasını, pillinq edin, bədəni nəmləndirən losyonlardan isytifadə edin

    28. Kosmetikadan imtina edin. Xüsusən də tonlardan. Yayda dəriyə nəfəs almağa imkan verin

    29. Gözəl sözlər oxuyun, sizə ilham verən şerlər örgənin

    30. Düz gəzin. Qamətinizi izləyin.

    31. Hər cür zərərli vərdişlərdən imtina edin.

    32. Heç olmasa ayda bir dəfə vegetarian olmağa cəhd edin. Bəlkə xoşunuza gəldi

    33. Öz müvəffəqiyyət gündəliyini tutun

    34. Pula qənaət edin.

    35. Yoqayla məşğul olun.

    36. Yalnız yaxşı düşünün — arzularınız mütləq həyata keçəcək


    alıntı
#04.12.2012 00:48 0 0 0