Mən belə xəyal etməmişdim səni düşünərkən...Sən daima üzümü güldürəcəkdin...Ad günümdə səhər tezdən məni sənin "AD GÜNÜN MÜBARƏKDİ" mesajın oyadacaqdı...Amma bütün bunların xəyal olaraq qalacağını hardan bilərdim...Ad günümdə bir həyəcan gəlir mənə,bir tərəfdən də bir hüzün...Bəlkə deyirəm mesaj yazar və bunu düşünürək sevinirəm...Bir yandan da düşünürəm ki, axı özünü niyə aldadırsan o heç vaxt sənə mesaj yazmaz...Və düz fikirləşirəm əslində...Heç vaxt yazmadın...Çünki sənin üçün qiyməti olmayan biri idim mən...Amma sənin mənə bu özəl günümdə mesaj yazmamağın məni yandırmır...Mən sənə ad günündə mesaj yazmaq istəyirəm,amma sən buna icazə vermirsən...Hər dəfə ad gününü təbrik etmək üçün mesaj yazanda məni narahat etmə deyirsən...Bax ən çox məni bu yandırır...Heç kəs bilmir məsələn ad günümün mənim üçün həm də ölüm günü olduğunu...Sənsiz keçən hər ad günümdə mən ölürəm...Sənsiz keçir ad günlərim...
Sevməməyini başa düşürəm...Amma bu cəza niyə...Bax bunu başa düşə bilmirəm...Niyə məni belə cəzalandırırsan?...Niyə mənə mesaj yazma,narahat etmə deyirsən...Sən mənə yazma mesaj,ad günümü də təbrik etmə,amma icazə ver mən yazım,mən təbrik edim səni..Məni belə çarəsiz qoyma...Ad günümdə hər dəfə telefona mesaj gəldikdə elə həyəcanla açıram ki, sanki sən göndəribmişsən kimi....Guya bilmirəm də sən mənə heç vaxt mesaj yazmazsan...Bəs mən indi neyləyəcəm?...Hər sənin ad günündə neyləyəcəm hə?...Heç nə yazmayacammı?...Səni kimlər təbrik edəcək,mən etməyəcəmmi?...Hərdən düşünürəm ki, qürurumu niyə sındırmalıyam ona görə,mesaj yazmayacam...Hərdən də düşünürəm ki, sevgidə qürur nəyə lazım,yazacam...Və bunu bil ki, yazacam sənə mesaj,bəlkə gözündən düşəcəm,bəlkə yenə cavab olaraq yazacaqsan ki, məni bir də narahat etmə deyə amma mən sənə yenə mesaj yazacam...Çünki sənin ad günün mənim həyatımda ən özəl gündür...Əgər mən sənin bu gününü də təbrik etməyəcəyəmsə onda daha nə mənası var səni sevməyimin?...Başa düş ki, əslində sənin ad günün mənim ad günümdür...Sənin dünyaya göz açdığın gün mənim də dünyaya gəldiyim gündür...Və bunu unutma sən istəsən də,istəməsən də mən sənin hər ad günündə sənə mesaj yazıb,səni təbrik edəcəm...Və bunu da bil ki, sənin ad günün mənim həyat təqvimimdə qara rənglə göstərilən rəqəmlər arasında qırmızı rəngdə göstəriləcək daima...Çünki o gün mənim üçün ən özəl gündür........