Tarixdə bu gün - 08 Dekabr 2012

Son güncelleme: 08.12.2012 19:23
  • Tarixdə bu gün - 08 Dekabr

    8 dekabr. İlin sonuna 24 gün qalır.

    1765. Pambıqtəmizləyən maşının ixtiraçısı Eli Uitney anadan olub

    1826. Məşhur alman sənayeçisi Fridrix Siemens anadan olub

    1918. Bolşeviklər Estoniyada hakimiyyəti ələ alıblar

    1923. ABŞ Almaniya ilə dostluq müqaviləsi imzalayıb

    1925. Adolf Hitler həbsxanada olarkən (1923-1924) yazdığı avtobioqrafik əsərini (Mənim mübarizəm) çap etdirib

    1930. Bəstəkar Tofiq Bakıxanov anadan olub

    1941. Yaponların 7 dekabrda "Pearl Harbora"ya hücumundan sonra ABŞ və Birləşmiş Krallıq Yaponiyaya müharibə elan edib

    1948. BMT Cənubi Koreyanı tanıyıb

    1966. ABŞ və SSRİ atom silahlarının fəzaya buraxılmasının qadağan edilməsi haqqında razılaşmaya imza atıb

    1970. BMT-nin Təhlükəsizlik Şurası Portuqaliyanı Qvineyada hərbi əməliyyatlara görə ittiham edib

    1974. Yunanlar referendumda böyük səs çoxluğu ilə monarxiyanın ləğv olunması və respublikanın yaradılması lehinə səs veriblər

    1985. Banqladeşdə 7 ölkənin iştirakı ilə Cənubi Asiya Regional əməkdaşlıq Assosiasiyası yaradılıb

    1987. Vaşinqtonda Ronald Reyqan və Mixail Qorbaçov "Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" haqqında müqaviləni imzalayıblar

    1987. Fələstində "İntifada" hərəkatı başlayıb

    1988. Ermənistandakı zəlzələ zonasında xilasetmə işləri aparmaq üçün azərbaycanlılardan ibarət 80 nəfərlik qrup Spitak rayonuna gəlib. Xilasedici dəstə özü ilə 28 avtokran da aparıb

    1989. Cəlilabad rayonunda tətillər başlayıb, hakimiyyət orqanları işçiləri xalqın tərəfinə keçib

    1991. Belarusiya Respublikasının Ali Soveti, RSFSR və Ukrayna prezidentlərinin təşəbbüsü ilə MDB yaradılıb (Belovejsk sazişi). Bu sazişlə dünyanın altıda birində qurulan Sovet imperiyası süqut edib. SSRİ-nin ömrü 68 il 11 ay 7 gün 21 saat 19 dəqiqə oldu. Sovet ittifaqının süqutu həm də iqtisadi əlaqələrin qırılması və indiyədək davam edən regional münaqişələrlə müşayiət olundu.

    1991. Azərbaycan İslam Konfransı Təşkilatına (İKT) üzv olub

    1991. Milli ordunun ilk taboru Şəhidlər Xiyabanında Hərbi andı qəbul edib

    1999. "İnək quduzluğu" xəstəliyi ilə əlaqədar Bir çox Avropa ölkəsi Britaniyadan idxal olunan mal ətinə embarqo qoyub
#08.12.2012 19:23 0 0 0