Camaatla birlikdə təsbihatın hökmü nədir?

Son güncelleme: 08.12.2012 20:37
  • Təsbihatın hökmü - Camaatla birlikdə təsbihatın hökmü nədir?

    Namazlardan sonra edilən təsbihat və dualar, namaza daxil olmasalar da məqbul ibadətlər arasında yer aldığından müstəhəbdir. Çünki namazlardan sonra dua və təsbihat Peyğəmbərimiz (s.a.s.) tərəfindən tövsiyə edilmiş və şəxsən özü də etmişdir.

    Rasulullah (s.a.v.) belə buyurmuşdur;

    "Kim hər namazın sonunda otuz üç dəfə "Sübhanallah", otuz üç dəfə "Əlhəmdülillah", otuz üç dəfə də "Allahu əkbər" deyib: Allahdan başqa heç bir ilah yoxdur. Yalnız O vardır. Şəriki də yoxdur. Mülk Onundur; Həmd də ona məxsusdur; O her şeyə qadirdir" duası ilə yüzə tamamlayarsa, günahları dənizin köpüyü qədər olsa belə bağışlanar/əff olunar"
    (Müslim, Məsacid, 27, H.No: 1380).

    Təsbihat mövzusunda müsəlmanlara xüsusi tövsiyələr verən Həzrət Peyğəmbərin (s.a.s.) də namazlardan sonra üç dəfə Allaha istiğfar gətirəndən sonra belə dua edərdi;

    "Allahım, salam sənsən; səlamətlik də ancaq səndəndir. Mübarəksən. Ey Cəlal və İkram sahibi!»

    Velid, Evzaiyə bu istiğfarın necə olacağını soruşduqda; 'Əstağfirullah, əstağfirullah' demişdir.
    (Müslim, Məsacid, 27, H.No: 1362).

    Ayrıca Həzrət Peyğəmbər (s.a.s.) və əshabı fərz namaz qıldıqdan sonra bəzi təkbir, təsbih və təhmid kimi zikirləri yüksək səslə oxumuşlardır. İbn Abbas (r.a.); insanların Peyğəmbərin(s.a.s.) zamanında fərz namazı qurtarınca yüksək səslə zikr etdiklərini xəbər vermişdir, "Mən bu səsi eşidər-eşidməz, insanların namazı qurtardıqlarını başa düşərdim" demişdir. İbn Abbas bir başqa rəvayətdə də "Mən Peyğəmbərin(s.a.s.) namazı qurtarmasını təkbir gətirilməsindən anlayardım" demişdir.
    (Buxari, Əzan, 155, Müslim, Mesacid, H. No: 917)

    Nəticə etibariylə deyə bilərik ki, namazdan sonra təsbihat etmək müstəhəbdir. Bu təsbihat, təkbaşına da camaatla da edilə bilər. Ancaq təsbihatın camaatla birlikdə edilməsi, keçmişdən bəri davam edən ənənədir. Birlikdə təsbihat etmə, insanda namazdan sonra təsbihat etmə alışqanlığı qazandırır. Ayrıca insanın bəzi lətaifinin inkişafına təkan verir.

    Qaynaq:meneviyyat.az
#08.12.2012 20:37 0 0 0