Oturaq vanna

Son güncelleme:
  • Oturaq vanna haqqda

    Oturaq vanna müxtəlif xəstəliklərin,o cümlədən uşaqlığın spazması,perianal abses,qəbizlik,sidik axarlarında sancı və ağrılar,böyrək daşı,sidik ifrazının olmaması,prostat vəzinin iltihabı və digər iltihabı proseslərin müalicəsində qəbul olunur.

    Oturaq vanna çox qədim və qiymətli su prosedurlarından biridir.Sadə dillə desək, bu oturaq vəziyyətdə elə vanna qəbuludur ki,bu zaman soyuq və ya isti suyun gövdənin aşağı hissəsinə təsiri mümkün olur.Bütün su müalicəxanalarında xüsusi olaraq oturaq vanna qəbulu üçün nəzərdə tutulmuş vannalar var.Ev şəraitində isə möhkəm skamyanın və ya alçaq stulun üstünə uşaq vannasını elə qoymaq olar ki,xəstə suya oturub ayaqlarını döşəmədə qoyulan hündür vedrəyə sala bilsin.Bu prosedura zamanı başa və boyuna buz qovucuğu və ya soyuq suda isladılmış salfet qoyulmalıdır.Əldə olunacaq nəticə xeyli dərəcədə suyun temperaturundan asılıdır.

    Soyuq vannalar - uşaqlığa,yumurtalıqlara,prostat vəziyə,yoğun bağırsağa,sidik axarlarına və sidik kisəsinə gedən qan damarlarının daralmasına səbəb olur.

    Kontrast vannalar isə bu orqanlara qan axınını gücləndirir.

    İsti vannalar ağrını yüngülləşdirir və qan dövranını gücləndirir.

    Neytral vannalar isə gərginliyi götürür və sakitləşdirici təsir göstərir.





    Suyun temperaturu və proseduranın davam etmə müddəti aşağıdakı kimi olmalıdır.

    1.Soyuq oturaq vanna: 15-24 dərəcə, 3-5 dəqiqə, ayaq vannası: 40-44 dərəcə.

    2.Çox isti oturaq vanna: 40-45 dərəcə, 3-5 dəqiqə, ayaq vannası:40-45 dərəcə.

    3.Kontrast vanna:i sti-40-45dərəcə, 2-3 dəqiqə, soyuq-15-20 saniyə (bir neçə dəfə təkrar etmək), ayaq vannası:15-20 dəqiqə.

    Tələb olunanlar:

    -bir və ya iki uşaq vannası

    -hündür vedrə

    -möhkəm alçaq stul

    -məhrəba

    -buz.

    1.Vannaların birini su ilə doldurun ki,su budları örtərək,qarına qədər çatsın.

    2.Ayaq vannası oturaq vannaya nisbətən bir neçə dərəcə isti olmalıdır.

    3.Başınıza və boynunuza soyuq kompres qoyun.

    4.Kontras vanna zamanı 2 vannadan istifadə etmək proseduranı sürətləndirər və daha rahat edər.

    5.Proseduranın axırında soyuq duş qəbul edin və ya budlarınıza soyuq su tökün.Yaxşı-yaxşı qurulanın və yatağa uzanın, əgər günorta vaxtıdırsa, onda yaxşıca dincəlin.
0 0 0