Sönükdür hər zaman yalan xəyallar
Yalnız həqiqətdə ölməz qüvvə var.
****
Ən doğru söz danış olasan dilbər
Görüncə bəyənsin söz bəyənənlər.
****
Dəli o şəxsdir ki,dünya varını
Çox sevib bərkidir ev hasarını.
****
Şikarı tutmağa aslan gərəkdir
Tülkünün peşəsi müftə yeməkdir.
****
Qəlbini çalmasın bu mal,bu dövlət
Azı bir zillətdir,çoxu fəlakət.
****
Kimsənin dalınca demərəm yaman
Utanım üz-üzə gəldiyi zaman.
****
Dikbaşlıq edərsə ən yaxşı bir at
Misir eşşəyindən əskikdir qat-qat.
****
Lovğalıq,uşaqlıq söhbəti etmə
Bu sərxoş yoludur onunla getmə.
****
Dənizə min çay axar,o yenə sakit durar
Arxa bir sel gələndə çalxalanıb ləngər vurar.
****
Ovlaqda ovçular ox atsa əgər
Dikbaş təkələrə daha çox dəyər.
****
Özündən hər kim ki,deyil xəbərdar
Bir qapıdan girər,birindın çıxar.
****
Çalış bu dünyada səhv eyləmə sən
Çox bizim kimilər yanmış səhvindən.
****
Yamanlıq eyləsə özgəyə hər kəs
Çıxar qabağına,hədərə getməz.
****
Qorx ki,boyun vuran qılıncın bir gün
Vursun öz boynunu nahaq qan üçün.
****
Çalış öz xalqının işinə yara
Geyinsin əməlindən dünya zər xara.
****
Gecəni,gündüzü çox vermə bada
Yaxşı ad uğrunda çalış dünyada.
****
Yaxşılıq etməsən əgər insana
Böyüklük şərəfi verilməz sana.
****
Təmkinli oturmağı etdiyiçün dağ peşə
Mötəbərdir yerində varlığıyla həmişə.
****
Kimin ki,qəlbində vardır hümməti
Onun da yaxşılıq olur neməti.
****
Dərdə əlac edən təbiət heç zaman
Tapmamış və tapmaz ölümə dərman.
****
Göydə ol, yerdə ol, fərqi yox bunun
Torpaqsan,yenə də torpaqdır sonun.
****
Dünyada keçməsin boş cavan çağın
Yol get ki,güclüdür indi ayağın.
****
Bilənlər başçısı olsa da yenə
Bu gənclər möhtacdır qoca fikrinə.
****
Nə şəhvət,nə yuxu,nə də ki,yemək
Həyatın mənası olmasın gərək.
Yatmağı, yeməyi bu aləmdə sən
Eşşək,öküzdə də görə bilərsən.
****
Həyat aləmində hər şeydən üstün
Cavanlıq günüdür ən qiymətli gün.
Dünyada həyatdan yaxşı şey nədir?
Gənclik günü omrə bir nümunədir.
****
Nə qədər məsuddur şən həyat quran
Tamah süfrəsindən az bir şey uman.
Sevdiyi guşədə keçinir rahət
Hünərlə çalışır,yaradır sənət.