Keçmiş sevgilinizi unutmağın 10 yolu

Son güncelleme: 15.01.2013 01:14
  • Keçmiş sevgilinizi unutmağınız üçün meslehet - Keçmiş sevgilinizi unutmağın 10 yolu

    1. Rahatlayın
    Gözəl bir musiqi, ilıq bir duş, şam işığı, köpüklər .. Bütün bunlar rahatlama seanslarınızda sizə yoldaşlıq edərək başınızdakı bütün mənfi fikirlərdən sizi azad edəcək. Bunu edərkən aqressiv musiqilər və köhnə sevgilinizi xatırladan mahnılardan qətiliklə uzaq dayanmalı, mümkümsə klassik ya da jazz növündə musiqilər seçməlisiniz. Sevdiyiniz bir içki və ya jasmin çayı rahatlamanıza köməkçi olacaq.

    2. Bədən Baxımı
    Artıq tüklərdən azad olmalı, bədəni təmiz saxlamalı və tez-tez bədən yumuşaldan kremlərdən istifadə edin. Bu zaman özünüzə güvəniniz bir az daha artacaq.

    3. Gözəl Paltarlar
    İndi də sıra gəldi günlərdir milli formanızmışcasına geydiyiniz altı torba kimi olmuş şalvarlardan, depressiya jaketlərindən sıyrılıb, sizə özünüzü gözəl hiss etdirən paltarlar geyməyə. Özünüzü gümrah və rahat hiss etdirəcək paltarlar geyinin. Hansıki aynaya baxanda "Mən fərqliyəm!" deyə biləcəyiniz paltarlar.

    4. Köhnə Dostlar
    Sevgilinizlə ikən bir çoxunu laqeyd etdiyiniz köhnə dostlarınızı axtarmaq üçün daha yaxşı bir fürsət ola bilməz. Uzun zamandır görüşümüz olmasa da axtarmaqdan çəkinməyin. Unutmayın ki belə zamanlarda yoldaşlarla vaxt keçirmək həyat qurtarıcıdır.

    5. Ailə
    Sevgiliniz olmadan keçirəcəyiniz bir dövr ailənizlə vaxt keçirmək üçün də gözəl imkanlar yaradır. Onlarla vaxt keçirdin, birlikdə olun. Deyin və gülün. Sıxıntılardan qurutalacaqsınız.

    6. Hobbilər
    Həyatda tək başınıza zövqlə edə biləcəyiniz elə çox şey var ki. Kitab oxumaq, bağça işləriylə maraqlanmaq, film ya da serial izləmək, maraqlı yemək reseptləri sınamaq, evinizin dekorasiyasını dəyişdirmək bunlardan yalnız bir neçəsidir. Həmişə özünüzə zaman ayırın.

    7. Kurslara Qoşulun
    Musiqi, şəkil, bijüteriya, kompüter, yelkən, rəqs, fotoşəkil. Sizi maraqlandıran hər hansı bir kursa qatılın. Bu sayədə həm yeni bir hobbi həm də bir çox yeni yoldaş sahibi olacaqsınız.

    8. Özünüzü İnkişaf etdirin
    Siyasət, iqtisadiyyat, fəlsəfə, psixologiya. Özünüzü qeyri-kafi tapdığınız hər hansı bir mövzuda oxuyun, araşdırın. Məlumata çatmanın bu qədər asan olduğu internet çağında hər cür məlumatın əlinizin altında olduğunu unutmayın.

    9. Yazın
    Yazı yazmaq özümüzü tanımağınızda və problemlərinizi daha obyektiv bir gözlə baxmanızda faydalıdır. Bəlkə də kimsəyə izah edə bilməyəcəyiniz sirlərinizi yazmanız rahatlamanızda və içinizi boşaltmanızda çox əhəmiyyətli bir rol oynayacaq.

    10. Alver
    Müasir dövrün ən bilinən rahatlama texnikalarından biri olan alverə toxunmadan keçmək olmaz. Alver edərkən özünüzü köhnə sevgiliniz yerinə hansı məhsulların endirimdə olduğunu düşünərkən tapmanız alverin baş dağıtmaqdaki gücünü sizə ən yaxşı şəkildə göstərəcək.

    Alıntı..
#15.01.2013 01:14 0 0 0