Kəsmikli kotlet

Son güncelleme: 19.01.2013 02:03
  • Kəsmikli kotlet terifi ve terkibi - Kəsmikli kotletin hazırlanma qaydası

    noimage


    Tərkibi (10-15 ədəd):

    200 q kəsmik (5-15%)
    200 q bərk pendir
    2 yumurta
    göyərti (zövqə görə)
    2 diş sarımsaq
    xırda suxarı (un da istifadə etmək olar)
    bitki yağı

    Pendiri sürtgəcin xırda gözündən keçirin.
    Göyərtini xırda doğrayın
    Kəsmik və yumurtaları qarışdırın.
    Pendir, göyərti, əzilmiş sarımsaq əlavə edib qarışdırın. Çox durudursa, bir qədər un qatın.

    Kütlədən uzunsov kotletlər tutub suxarıya (yaxud una) batırın.

    Qaynar yağda hər iki üzünü qızılı rəng alanadək qızardın.

    Nuş olsun...
#19.01.2013 02:03 0 0 0