Zəriflik əllərdən başlar

Son güncelleme: 19.01.2013 02:08
  • Qadın ailemi - Zəriflik əllərdən başlar

    Əllərimiz zərifliyimizi və gözəlliyimizi ən çox göstərən yerdir. Buna görə də əllərimizə ayrı bir qulluq göstərməli ve davamlı olaraq baxımını etməliyik. Xüsusile qış günlərində əllərimizə hər zaman nəmləndirici və bəsləyici krem çəkməliyik. Kremlərimizi daima masaj edərək çəkməliyik.

    Bir neçə təbii vasitələrlə də əllərimizə gözəllik bəxş edə bilərik.

    - Əllərinizin daha gözəl və yumşaq görünməsi üçün əllərinizi hər axşam badamlı südə batırın.
    - Barmaq uclarınızı yəni dırnaqlarınızı təzə kəsilmiş limona batırın ve sürtün. Bu vasitə dırnaqlarınızda yaranan ləkələri çıxararaq dırnaqlara parlaqlıq qazandıracaqdır.
    - Əllərinizi hər yuduqdan sonra biləklərinizə qədər mütləq kremləyin. Xüsusilə badam yağı tərkibli kremlər daha çox effektlidir.
    - Əlləri hər axşam ilıq su və gliserinli bir sabunla yuyun. Daha sonra incə ve yumşaq bir fırça ilə fırçalayın. Barmaq araları, ovuc içi və əl üstünə edilən fırçalama ölü dərini canlandırır. Qan dövranını artırır. Daha sonra bəsləyici,nəmləndirici bir kremlə əllərinizə masaj edərək krem sürtün. Yumşaq bir əlcək geyərək yatın.

    Əllərimizin görüntüsünün xoş olması üçün hər gün davamlı olaraq edilməsi lazım olan hərəkətlər vardır. Bu hərəkətlər aşağıdakılardır…

    - Əllərinizi yumun və içinizdən 20′yə qədər sayın. Daha sonra barmaqlarınızı açıb, bağlayın. Bu hərəkəti 15-20 dəfə təkrarlayın.
    - Əlləriniz açıq bir şəkildə, dirsəklərinizi endirib qaldırın. Bu hərəkəti gündə 10-15 dəfə təkrarlamağa çalışın.

    Dırnaqlarınızla bağlı problemləriniz varsa,

    - Dırnaq qırılması da daha çox qan azlığından meydana gəlir. Bol - bol üzüm suyu, ərik suyu, kök suyu içilməlidir.
    - Dırnaqlarınızın qırılmaması üçün zeytun yağı və limon qarışımı ilə əlinizi, dırnaqlarınızı ovun. Bu əl dərinizə yaxşı təsir göstərər və dırnaqlarınızın da qatlara ayrılmasının qarşısını alar.
    - Dırnaqlarınızda ağ nöqtələr varsa; bu kalsium əksikliyindən meydana gəlir. Bol-bol süd içilməli və də gündə 10 dənə badam və ya fındıq yeyilməlidir.

    Alıntı..
#19.01.2013 02:08 0 0 0