Ətli-noxudlu sulu xəngəl

Son güncelleme:
  • Ətli-noxudlu sulu xəngəl terifi ve terkibi - Ətli-noxudlu sulu xəngəlin hazırlanma qaydası

    Tərkibi:

    xəngəl:
    1 st. un
    1 yumurta
    1 x.q. su
    1 çimdik duz

    şorba:
    500 q qoyun əti
    2 baş soğan
    1-2 ovuc noxut
    duz
    istiot
    1 ç.q. tomat pastası
    nanə qurusu
    sirkə
    sarımsaq

    Un, yumurta, su və duzdan xəmir yoğurun. Yayın, xəngəl kəsin, qurudun (əvvəlcədən hazırlayıb, yaxşıca qurudub bankalara yıbıb saxlaya da bilərsiniz).

    Noxudu bir gün əvvəldən suda isladın. Səhəri gün yarımhazır olanadək bişirin.

    Əti xırda doğrayın, yuyun, üzərinə su tökün, 1 təmizlənmiş soğanı bütöv əlavə edin və hazır olanadək bişirin. Kəfini mütləq yığın.
    Ət bişəndən sonra onu çıxarıb başqa qazana yığın, bulyonu üzərinə süzün (elə edin ki, dibinin çöküntüsü qarışmasın).
    Soğanı atın. Yarımbişbiş noxudu əlavə edin, tam yumşalanacan bişirin. Sonra tomat pastası və 4 tutam xəngəl əlavə edin. 1 soğanı xırda doğrayıb yağda qızardın.
    Hazır sulu xəngəli boşqablara çəkin. Qovrulmuş soğan əlavə edin, quru nanə səpin. Süfrəyə həvəngdəstədə döyülüb sirkə ilə qarışdırılmış sarımsaqla verin.

    Nuş olsun..
0 0 0