Qış aylarında damarların yığılmasına, həmçinin spazma nəticəsində infarkt hallarına daha çox rast gəlinir.
Türkiyəli mütəxəssis Əzmi Darıxar soyuq havanın ürəyə daha çox təsir etdiyini və sinə ağrılarına səbəb olduğunu bildirir. Qışda təzyiqin yüksəlməsinə soyuq havadan çox, hərəkətsizlik, oturaq həyat, turşu istehlakının artması və s. kimi amillər də səbəb olur. Mütəxəssislər ürəyi xəstə olanların qrip peyvəndi etmələrini, immunitet sistemini gücləndirmək üçün həkimin məsləhəti ilə vitaminlərə üstünlük vermələrini tövsiyə edirlər.
Lakin yaxşı olar ki, vitaminlər meyvələr vasitəsilə əldə olunsun, yəni meyvə-tərəvəzə daha çox üstünlük verilsin. Açıq, təmiz havada, normal tempdə idman etmək də infarkt ehtimalının qarşısını alır. Ürək xəstələri qışda çölə çıxarkən dilaltı həblərini, yaxud spreylərini mütləq özləri ilə götürməlidirlər ki, özlərini yaxşı hiss etmədikdə istifadə edə bilsinlər. Ağızdan alınan hava axınının zərərlərindən qorunmaq üçün mütləq şal və ya şərf bağlamaq lazımdır. Əgər çəkinizin artmamasını istəyirsinizsə, cem və bol karbohidratlı xəmir yeməklərindən uzaq durun, xolesterolun artmasına imkan verməyin.