Ağac

Son güncelleme:
  • Soyunmuş özünü tənhalar kimi,
    Bir ağac üşüyür bu qışı yenə.
    Küləkdə bir yannan düşmüş canına,
    Di gəl bu ağaca mən ölüm demə.

    Ay ağac məndə bir adamlıq ola,
    Bir yorğan gətirəm çiyninə atam.
    Ay ağac məndə bir adamlıq ola,
    Nə ola bir gecə yorğansız yatam?!

    Üşümə sən Allah, üşümə belə.
    Göy üzün göyərər qışın gödəkdi.
    Düşünmə sən Allah düşünmə belə,
    Torpaq yaxşılara qara köynəkdi.

    Bir anam var ağac sənə oxşayır
    Lal dinməz, qəmini gizlədir məndən.
    Bir anam var ağac ikiyə bölmüş
    Saçını bir para dərdim üzündən.

    Bu qışı birtəhər dözəcəm Vallah,
    Dərdimin sağ əli torpağa ağac.
    Mən sənə qoşulum sən mənə qoşul,
    Ağlayaq hər düşən yarpağa ağac.

    Elchin Aslangil
0 0 0