Tariximizde bu gün - 5 fevral

Son güncelleme:
  • Tarixin bu günü - Bu günün tarixi


    1925 Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası təşkil etmək bərədə qərar verib



    1928. Azərbaycan Kommunist Partiyası “Naxçıvan Muxtar Respublikası haqqında Əsasnamə” hazırlamaq barədə qərar qəbul edib



    1930. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində sovet quruculuğu məsələlərinə dair müşavirəsi başa çatıb. Azərbaycan SSR-də dövlət aparatının fəaliyyətinin yaxşılaşdırılması gündəlikdəki əsas məsələlərdən olub



    1939. Kinorejissor, Azərbaycanın və Rusiyanın əməkdar artisti Rüstəm İbrahimbəyov anadan olub



    1940. Məşhur fizik Fuad Qasımov anadan olub



    1991. Respublika Ali Sovetinin sessiyasında dövlətimizin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib. Eyni iclasda Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilib



    1999. Prezident Heydər Əliyev “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd edilməsi barədə” fərman verib.
0 0 0