Az qalmışdı şair olmağıma

Son güncelleme:
  • AZ QALMIŞDI ŞAİR OLMAĞIMA ...

    Sənin gözlərindən şeir tökülərdi,
    Məndə bənd olub baxışlarına düşərdim arxanca,
    Dilimin altına gözlərindən söz yığa-yığa.
    Az qalmışdı,
    az qalmışdı şeir olmağına,
    getdin...

    İndi şeirlərim dönüb sən olub,
    Gah güzgü tutur üzünə,
    Gah da daraq çəkir misralarının ucuna.
    Gah qələmin dodağında rəng olur,
    Gah da başmağının dabanı kimi,
    Günü gündən böyüyür
    boy -buxunda keçir köhnə şeirlərimi.

    Belə ki, bu aralar dənizədə getmirəm
    yazam dənizdən.
    Belə ki, bu aralar anamada yanaşmıram
    anamdan yazam.
    Belə ki, ...
    nəysə ...
    Sən mənə fikri vermə,
    Hərdən olur belə ...

    Bir də,
    Bir təbəssümün vardı,
    Çevrənə sevgi dağıdardı,
    Ürəyimi fərah tutardı.
    Bilirsən səni xatırlayanda ən çox nəyə gülürəm?
    Şeirlərimi şairlər kimi pafosla söyləmənə.
    Nəysə ...
    Sən mənə fikir vermə,
    Hərdən olur belə ...

    Tüstülər qanad açdı küçədə bulud-bulud,
    Hamı yatdı yuxu-yuxu,
    Hamı yatdı adam-adam,
    Bu axşam,
    mən yuxulara yoxam.
    Bu axşam şeirlərim başını alıb gedib sənə,
    Bu axşam Allahla təkəm yenə,
    Nəysə ...
    Sən bizə fikir vermə,
    Hərdən olur belə ...

    Sənin gözlərindən şeir tökülərdi,
    Məndə bənd olub baxışlarına düşərdim arxanca,
    Dilimin altına gözlərindən söz yığa-yığa.
    Az qalmışdı,
    az qalmışdı şair olmağıma,
    getdin ...


    Elchin Aslangil
0 0 0