Qırğı gözü

Son güncelleme: 13.02.2013 11:19
  • Qırğı gözü terfi - Qırğı gözü terkibi - Qırğı gözü nece hazırlanır? - Qırğı gözün hazırlanma qaydası

    noimage

    Tərkibi:

    0,5 paçka marqarin (125 q)
    4 yumurta
    300 q un
    300 q qiymə
    1 baş soğan
    duz
    istiot
    bitki yağı

    Xəmir: Marqarinin üzərinə un səpin, bıçaqla xırdalayaraq qarışdırın. Un, 0,5 st. soyuq su əlavə edin, arada un vurmaqla yumşaq xəmir yoğurun.

    İki yerə bölün: biri böyük, biri balaca.

    Balaca kündəni 0,5 sm qalınlıqda yayın, siniyə döşəyin.

    İç: Soğanı xırda doğrayıb qovurun. Qiymə ilə qarışdırın. Duz, istiot vurun. Qiyməni iki yerə bölün - böyük və kiçik. 3 yumurtanı suda bişirin. Qiymənin böyük olan qismini sinidəki xəmirin üzərinə yayın.

    Ortasını azca çalalayın, bişmiş yumurtaları oraya yerləşdirin.

    Qiymənin qalanını üzərinə çəkin. Xəmirin də digər hissəsini yayıb piroqun üstünə örtün.

    Üstünə bir neçə yerdən çəngəl batırın, üzərinə yumurta çəkin.

    Sobada 40-50 dəqiqə bişirin.



    Nuş olsun...
#12.02.2013 01:46 0 0 0
  • men bunu bişirirem ama yumurtasiz
    bunu da ederem
    ellerin var olsun gülüm
#12.02.2013 05:59 0 0 0
  • Hazırlayanda menide qonak et olurmu gülüm:)))) Teşekkürler meleyim..
#13.02.2013 10:39 0 0 0
  • inşallah bi gün qismet olur
#13.02.2013 11:19 0 0 0