Novruz bayramında neçə gün iş olmayacaq

Son güncelleme: 13.02.2013 08:24
  • İstirahet günleri - Novruz bayramı ile bağlı qeyri-iş günleri


    noimage


    “Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-dək ölkəmizdə qeyri-iş günləri olacaq”. Bunu Lent.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Onun sözlərinə görə, gələn ayın 23-24-ü iş günlərinə düşdüyündən müvafiq olaraq martın 25-26-ı iş günləri sayılmayacaq: “Bununla da 7 gün ölkəmizdə iş olmayacaq”.

    Qeyd edək ki, "Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında" qanununa əsasən, bayram günləri həftə sonlarına təsadüf edirsə, ondan sonrakı günlər qeyri-iş günləri hesab olunur.

    Novruzun ilk çərşənbəsi fevralın 26-a, ilaxır çərşənbə isə martın 19-a təsadüf edir





    Anar Məcidzadə
#13.02.2013 08:24 0 0 0