3 xörək qaşığı cəfəri püresi
yarım cay qaşığı bal
yarım stəkan qaynanmış su
Cəfirinin üzərinə qaynar su tökürük və 20 dəqiqə dəmləyirik. Sonra soyudub, onu əzirik və üzərinə bal əlavə edirik. Alınmış qarışığı üzə çəkib, tənzif ilə örtürük və 25 dəqiqə saxlayırıq. Sonra ilıq su ilə yuyuruq
Kəsmik maskası :
1çay qaşığı kəsmik
2çay qaşığı bal
1 çay qaşığı xama
1 ədəd yumurta sarısı
1çay qaşığının ucunda soda
Kəsmik, bal, xama və yumurtanın sarısını qarışdırırıq, biraz soda əlavə edib otaq temperaturunda 10 dəqiqə saxlayırıq. Qarışığı üzə və boyuna sürtmək olar, 30 dəqiqə saxlayıb əvvəl ilıq, sonra soyuq su ilə yuyurq.
Çiyələk maskası :
2xörək qaşığı çiyələk
3xörək qaşığı durulaşdırılmış alma sirkəsi (biraz su əlavə edə bilərsiniz)
Giləmeyvəni əzib, sirkəni əlavə edirik, qarışığı 3 saat ərzində saxlayırıq. Hazır olan məhlulu üz və boyun hissələrə yaxıb 20 dəqiqə saxlayırıq. Sonra ilıq su ilə yuyub, krem çəkirik.
Ağardıcı maskalar
Xama maskası :
1 limon
100ml 40%-li spirt
100ml xama
1yumurtanın ağı
1çay qaşığı qiliserin
Limonu qabıqlı şəkildə surtgəcdən keçirdirik, üzərinə spirt töküb cunadan süzürük. Xama və köpükləndirilmiş yumurta ağını və qliserini əlavə edib qarışdırırıq. Maskanı üzə və sinəyə çəkib 15 dəqiqə saxlayıb ilıq su ilə yuyuruq.
Gil maskası :
1xörək qaşığı gil
1xörək qaşığı zeytun yağı
yarım təzə xiyar
1 yumurtanın sarısı
Xiyarı sürtgəcin xırda gözündən keçiririk, gillə birgə çalınmış yumurta ağını, yağı əlavə edib yaxşı qarışdırırıq. Qarışığı üzə cəkirik və 20 dəqiqə saxlayırıq. Sərin su ilə yuyuruq. Üz dərisini dartmaq və ağartmaq üçün proseduru həftədə 2 dəfə təkrarlamaq lazımdır.
Yaşıl noxud maskası :
2xörək qaşığı yaşıl noxud
2xörək qaşığı zərdab
Noxudu möhkəm əzirik və zərdabla qarışdırırıq. Qarışığı üzə çəkib 20 dəqiqə saxlayırıq, sonra isə soyuq su ilə yuyuruq.