Xocalı haqqında şeirler - Xocalı faciesi haqqında şeirler - Yaralandı Xocalım şeirin oxu
Millətimin göz yaşları, ahı yerdə qalmayacaq,
Son nəfəsdə döyüşəcək,vətənindən doymayacaq,
Düşmənlərə torpagını, varlıgını satmayacaq,
Torpagına qanlar axdı,yaralandı Xocalım.
Şaxtalı qış gecəsində, parçalandı Xocalım.
Gecə isti ocagından, qucaqlayıb körpəsini qacdı ana,
Odlu güllə sinəsini parcaladı,körpəsiylə çökdü ana.
Buraxmadı aguşundan körpəsini,qar üstündə dondu ana.
Torpagına qanlar axdı,yaralandı Xocalım,
Şaxtalı qış gecəsində,parçalandı Xocalım.
Gecə yagan düşmən odu,Xocalını hey odladı,
Anaların balam deyən,şirin dili yaman yandı,
Qar üstündə o günahsız,insanlarım donub qaldı,
Torpagına qanlar axdı,yaralandı Xocalım
Şaxtalı qış gecəsində,parçalandı Xocalım.
Sevinməsin düşmən ordu,hər insanın bir ahı var,
Donan məzlum insanların, başı üstə Allahı var,
O, torpaq ki,bizimkidir, bu günündə sabahı var,
Agı deyək, nalə cəkək, sinəsi qan Xocalım.
Şaxtalı qış gecəsində,parçalandı Xocalım.
Bu millətin harayını,eşit hər an ulu tanrım.
Ruhlar yaman imdad edir,bu fəryada gizli yandım.
Üzü üstə donub qalan insanları,qəlbim sandım.
Agı deyək,nalə cəkək,sinəsi qan Xocalım.
Şaxtalı qış gecəsində,parcalandı Xocalım.
Aglama sən ana vətən,düşmənlərin önündə.
Qaytaracaq Xocalımi,millət durub sözündə.
“Pərvanə”yəm yalvarıram Heydarımın,İlhamımın önündə.
Qaytar mənə,qaytar mənə yaralıdır Xocalım.
Şaxtalı qış gecəsində parcalandi xocalim