Qripin yayılması - Qrip nəyə görə Bakıda at oynadır?
Bir aydan çoxdur ki, Bakıda qəribə qrip virusu yayılıb.
Həmin qrip olduqca yüksək hərarətlə (39-40 dərəcə), öskürək və baş ağrısı ilə müşahidə olunur. Antibiotiklər burada faydasızdır, bu virusun qarşısında gücsüzdür.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemik nəzarət üzrə direktor müavini Afaq Əliyevanın sözlərinə görə, bu adi xəstəlikdir.
"Hər il qış fəslində ölkə ərazisində bu cür respirator xəstəliklər yayılır. Hazırda bu xəstəliyə yoluxanların sayı azalmaq üzrədir", - o əlavə edib.
Əliyeva deyib ki, xəstələnənlərin hamısı həkimə müraciət etmir və nəticədə xəstənin vəziyyəti daha da ağırlaşır. Xəstəliyə yoluxanlar işə getməyə davam edir və xəstəliyi yayırlar.