Çox terleme neye sebeb olur - Çox terlemenin insana tesiri
Çox tərləmə stressə səbəb olur.
Çox tərləmə ciddi qeyri-sağlamlıq halıdır. Bədənimizin ən çox tərləyən hissələri ilk növbədə bükülən hissələr (qoltuq altı, qasıq büküşü), daha sonra üz, əl və ayaqlar olur.
Tərləmə əslində orqanizmin temperatur balansını qorumaq üçün sinir sistemi tərəfindən idarə olunan bir prosesdir. Çox tərləmə isə hiperhidroz adı ilə tibbi xəstəlik olaraq bilinir - bu halda mütləq dəri həkiminə müraciət etmək məsləhətdir.
Tərləmə adi idman hərəkətləri və ya aktiv həyat tərzi ilə əlaqədar meydana çıxa bilər. Bir çox hallarda isə menapauza, hipertireoid, diabet, böyrəküstü vəzinin müxtəlif xəstəlikləri, infeksiyalar zamanı bu xəstəliklərin simptomatik göstəricisi ola bilər, eyni zamanda psixiatrik hal kimi də büruzə edə bilər. Son araşdırmalara görə, çox tərləmə stress yarada bilir.